İNDİ OXUYUR
Milyonların izlədiyi Azərbaycan filmləri

Milyonların izlədiyi Azərbaycan filmləri

Sovet İttifaqında kinoprokat iqtisadiyyatın ən çox gəlir gətirən sahələrindən biri idi. Belə ki, o, nəinki dövlətdən dotasiya almadan özü-özünü saxlaya bilirdi, hətta bölgələrdə hansısa idarənin büdcəsində kəsir yarananda bəzən problemi film nümayişlərinin sayını artırmaqla həll edirdilər. İlk baxışda təəccüblü olmaya bilər – SSRİ-yə daxil olan 15 respublika, onmilyonlarla tamaşaçı, demək olar ki, hər kənddə kinoklublar, hər rayonda, ən azı, iki kinoteatr fəaliyyət göstərirdi. Ölkə ərazisində istehsal edilən filmlərin heç də hamısı ümumittifaq nümayişinə buraxılmırdı və ya məhdud nüsxə ilə buraxılırdı. Bununla belə, sovet kinoprokatı uzun illər boyu bütün dünya üzrə liderlərdən biri olmağı bacarmışdı.

Sözügedən on beş respublikadan biri olan Azərbaycanda istehsal edilmiş filmlər arasında da nəhəng SSRİ-nin hər bucağında maraqla baxılan, prokatda önə çıxan ekran əsərləri vardı. Kinotənqidçi Sergey Kudryavtsevin tərtib etdiyi sovet kinoprokatının liderləri ilə bağlı siyahılara baxanda 1950-1990-cı illər arasında SSRİ əzarisində nümayiş etdirilən Azərbaycan filmlərinin milyonlarla tamaşaçısı olduğunu görmək mümkündür. Sovet prokatının ən uğurlu göstəricisi 87,6 milyon tamaşaçı idi. Bu göstəricini “XX əsrin piratları” macəra filmi qazanmışdı. Bizim filmlərin göstəriciləri bu rekorddan uzaq olsa da, ümumi nəticələr bugünkü reytinqlərin yanında fantastik görünür. Qeyri-rəsmi məlumatlara görə, son on ilin ən yüksək satış göstəricisini, təxminən, 150.000-180.000 bilet satışı ilə “Kəklikotu” bədii filmi qazanıb. SSRİ və müasir Azərbaycanın əhali sayındakı say fərqini faizlə müqayisə etdikdə belə, Sovet Azərbaycanının göstəricilərindən dəfələrlə azdır. Bu da təbiidir. Sovetlər dönəmində  filmlərimiz onmilyonlarla tamaşaçısı olan rusdilli kino bazarına çıxırdı. Bu baxımdan ən yüksək göstərici rejissor Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filminə məxsusdur – 28,2 milyon bilet. Sovet prokatının özəlliklərindən biri də filmlərin nüsxələrinin sayının satışa təsiridir. Bu cəhətdən ən yüksək satış rekordu qazanan Azərbaycan filmlərinin nüsxə saylarına fikir verək:

  1. “26 Bakı komissarları” – 1461 nüsxə, 19,7 milyon tamaşaçı;
  2. “İstintaq davam edir” – 1373 nüsxə, 28,2 milyon tamaşaçı;
  3. “İstintaq” – 818 nüsxə, 10,2 milyon tamaşaçı;
  4. “Dağlarda döyüş” – 809 nüsxə, 21,5 milyon tamaşaçı;
  5. “Bir Cənub şəhərində” – 219 nüsxə, 3,7 milyon tamaşaçı;

AKİ-nin katibi, kinorejissor Oleq Səfərəliyev kinotənqidçi Sergey Kudryavtsevin hazırladığı reytinq siyahıları əsasında sovet prokatında uğur qazanan Azərbaycan filmlərinin siyahısını tərtib edib. Siyahını kinoşünaslıq cəhətdən maraqlı edən, filmlərin janrı və mövzusu ilə tamaşaçı uğurunun əlaqəsidir. Bu siyahı müasir kinematoqrafçılarımıza prokatda uğur qazanmağın yollarını tapmaqda kömək edə bilər.

Qeyd: Siyahıdakı rəqəmlər tamaşaçıların sayını (mln) göstərir.

1.   “Tənha narın nağılı” (1985; rej.Ş.Mahmudbəyov) – 0,2;

2.   “Qəm pəncərəsi”  (1988; rej.A.Rzayev)  – 0,4;

3.   “Mezozoy əhvalatı” – (1976; rej.R.Atamalıbəyov) – 0,5;

4.   “Bağ mövsümü” (1987; rej. T.Tağızadə) – 0,7;

5.   “Alma almaya bənzər” (1977; rej.A.Babayev) – 0,7;

6.   “Onun bəlalı məhəbbəti” (1981; rej.Z.Abbasov) – 0,9;

7.   “Köhnə bərə” (1986; rej.E.Qasımov) – 0,9;

8. “Cin mikrorayonda” (1987; rej.O. Mirqasımov) – 1,2;

9. “İşgüzar səfər” (1983; rej. R.İsmayılov) – 1,2;

10. “Gözlə məni” (1981; rej.К. Rüstəmbəyov) – 1,2;

11. “Od içində vahə” (1980; rej.Ş. Mahmudbəyov) – 1,2;

12. “Bəyin oğurlanması” (1986; rej.C.Mirzəyev, V.Mustafayev) -1,4;

13. “Ürək…ürək” (1977; rej. E.Quliyev) – 1,5;

14. “Ömrün səhifələri” (1975; rej. T.Bəkirzadə, F.Əliyev, G.Əzimzadə) – 1,5;

15. “Evlənmək istəyirəm” (1984; C.Mehdiyev) – 1,6;

16. “Tütək səsi” (1976; rej. R. Ocaqov) – 1,6;

17. “Bir ailəlik bağ evi” (1979; rej. Y. Qusman) – 1,9;

18. “Alman klinikasına şəxsi səfər”  (1989; rej.R. İsmayılov) -2,0;

19. “Atları yəhərləyin” (1984; rej. Ə. Mahmudov, H. Turabov) – 2,0;

20. “Möcüzələr adası” (1965; rej. H.Seyidbəyli) – 2,0;

21. “Gümüşgöl əfsanəsi” (1985; rej.E.Quliyev) – 2,1;

22. “Qızıl qaz” (1974; rej.Т. Тağızadə) – 2,2;

23. “Günlərin bir günü” (1978; rej.R. İbrahimbəyov, Y. Qusman) – 2,3;

24. “Xatirələr sahili” (1973; rej.Y.Əfəndiyev) – 2,4;

25. “Park” (1984; rej. R. Ocaqov) – 2,6;

26. “Xoşbəxtlik qayğıları” (1978; rej. H. Seyidbəyli) – 2,6;

27. “Min birinci qastrol” (1976; rej.O. Mirqasımov) – 2,6;

28. “Torpaq, dəniz, od, səma” (1970; rej. Ş. Mahmudbəyov) – 2,6;

29. “İşarəni dənizdən gözləyin” (1987; rej.C. Mirzəyev) – 2,7;

30. “Səmt küləyi” (1976; rej.E  Quliyev) – 2,7;

31. “Birisi gün, gecəyarısı” (1983; rej.A. Babayev) – 2,8;

32. “Yarımçıq qalmış mahnı” (1980; rej. М. İbrahimbəyov) – 2,9;

33. “Nizami” (1983; rej.E.Quliyev) – 2,9;

34. “Səhər” (1961; rej. A. Quliyev) – 2,9;

35. “Yol əhvalatı” (1982; rej.T. Bəkirzadə) – 3,1;

36. “Əsl dost” (1961; rej.T. Tağızadə) – 3,1

37. “Dərviş Parisi partladır” (1978; rej.Ş. Mahmudbəyov, K. Rüstəmbəyov) -3,2;

38. “Qızıl uçurum” (1981; rej. F. Əliyev) – 3,3;

39.  “Bağlı qapı arxasında”  (1982; rej. R. Ocaqov) – 3,4;

40. “Kimi daha çox sevirik” (1966; rej.A.Babayev, Z.Kazımova, H.Seyidbəyli) -3,4;

41. “Mən sizi dünyalar qədər sevirdim” (1986; rej.R.İsmayılov) -3,5;

42. “Ömrün ilk saatı” (1974; rej.A. Babayev) – 3,5;

43. “De ki, məni sevirsən” (1978; rej.M. İbrahimbəyov) -3,7;

44. “Şərikli çörək” (1971; rej.Ş. Mahmudbəyov) – 3,7;

45. “Bir cənub şəhərində” (1970; rej.E. Quliyev) – 3,7;

46. “Qara gölün cəngavərləri” (1985; rej.Ə. Əbluc) – 3,8;

47. “Gün keçdi” (1972; rej.A. Babayev) – 3,9;

48. “Sevinc buxtası” (1978; rej. E. Quliyev) – 4,2;

49. “Var olun, qızlar” (1973; rej.E. Quliyev) – 4,3;

50. “Yaramaz” (1989; rej.V.Mustafayev) – 4,4;

51. “Ulduzlar sönmür” (1972; rej.Ə. İbrahimov) – 4,5;

52. “Gəmi saatının sirri” (1983; rej.R. Şabanov) – 4,5;

53. “Qaladan tapılan mücrü” (1983; rej.G. Əzimzadə) – 4,9;

54. “Sevil” (1971; rej.V. Qorikker) – 5,2;

55. “Qərib cinlər diyarında” (1978; rej. Ə. S. Atakişiyev) – 5,4;

56. “Əzablı yollar” (1983; rej.Т.İsmayılov) – 5,6;

57. “Skripkanın sərgüzəşti (1973; rej.Ş. Mahmudbəyov) – 5,6;

58. “Dədə Qorqud” (1977; rej.Т. Таğızadə) – 5,7;

59. “Burulğan” (1987; rej.E.Quliyev) – 6,0;

60. “Yaşamaq gözəldir, qardaşım” (1967; rej. R. Əsgərov, A. Voyazas) – 6,2;

61. “Axırıncı aşırım” (1972; rej.K. Rüstəmbəyov) – 6,4;

62. “Nəsimi” (1975; rej.H. Seyidbəyli) – 6,9; 

63. “Qaraca qız” (1967; rej.Ş. Mahmudbəyov, R. Şabanov) – 6,9;

64. “Həyat bizi sınayır” (1972; rej.Ş. Mahmudbəyov) -7,2;

65. “Ulduz” (1966; rej. A. Quliyev) – 7,5;

66. “Sən niyə susursan?” (1967; rej.H. Seyidbəyli) – 7,7;

67. “Oxuyur Müslüm Maqomayev” (1972; rej. T. İsmayılov) – 8,6;

68. “Yenilməz batalyon” (1966; rej.H. Seyidzadə) – 8,7;

69. “Ən vacib müsahibə” (1971; rej.E. Quliyev) – 8,8;

70. “Böyük dayaq” (1963; rej.H. İsmayılov) – 8,9;

71. “Qayınana” (1980; rej.H.Seyidzadə) – 9,2;

72. “Sehrli xalat” (1965; rej.Ə. S. Atakişiyev) – 9,7;

73. “Yeddi oğul istərəm” (1971; rej.T. Тağızadə) – 9,9;

74. “İstintaq” (1980; rej.R. Ocaqov) – 10,2;

75. “Dəli Kür” (1970; rej.H. Seyidzadə) – 10,4;

76. “Bakıda küləklər əsir” (1975; rej.M. Dadaşov) – 11,8;

77. “Qatır Məmməd” (1975; rej.R. Ocaqov) – 12,1;

78. “Mən rəqs edəcəyəm” (1963; rej.T. Tağızadə) – 14,2;

79. “Əhməd hardadır?” (1963; rej.A. İsgəndərov) – 14,6;

80. “Arxadan vurulan zərbə” (1979; rej. A. Babayev) – 15,0

81. “Arşın mal alan” (1945; rej. R.Təhmasib, N.Leşşenko)16,2;

82. “Romeo mənim qonşumdur” (1964; rej.Ş.Mahmudbəyov)16,2.

83. “Babək” (1980; rej.E.Quliyev)16,5;

84. “Arşın mal alan” (1966; rej.T.Tağızadə)16,6;

85. “O qızı tapın” (1971; rej.H.Seyidbəyli)17,5;

86. “26 Bakı komissarı” (1966; rej.N.Şengelaya)19,7;

87. “Dağlarda döyüş” (1968; rej.K.Rüstəmbəyov)21,5;

88. “Ögey ana” (1959; rej.H.İsmayılov)21,8;

89.  “Uzaq sahillərdə” (1958; rej.T.Tağızadə)27,5;

90. “İstintaq davam edir” (1967, rej.Ə.Atakişiyev)28,2;


Mənbə: От лидеров до аутсайдеров кинопроката: данные посещаемости
советских фильмов (1950-1990). М.: ОД «Информация для всех», 2025.

Materialların rus dilindən tərcümə etdi: Samirə Behbudqızı

© 2025 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya