İlk xəyanət
“Nar bağı” bədii filmi 2017-ci ildə rejissor İlqar Nəcəf tərəfindən çəkilib. Onun filmoqrafiyasına “Bir qoca var…”, “Arxası qibləyə”, “Buta”, “Suğra və oğulları” filmləri daxildir. İ.Nəcəf həm də öz filmlərinin ssenarilərinin həmmüəllifidir. Film məşhur rus ədibi Anton Çexovun 1886-cı ildə yazdığı “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib. Çexov bu əsərdə Çar Rusiyasının o dövrdəki sosial-iqtisadi münasibətlərini, dəyişikliklərini açıb göstərir. Əsərdə, müasir dövr insanlarının yalnız özünü düşündüyü bir cəmiyyətdə yaşadığını da vurğulayır. Çünki, fərdlər qarşı tərəfi dinləmədən yalnız onlar üçün vacib olan hadisələrdən danışırlar. Bu, cəmiyyətdə insanların yadlaşma prosesinin getdiyini göstərir. Film 7-ci Malatya film festivalınının “Ən yaxşı beynəlxalq film” kateqoriyasında mükafata layiq görülmüşdür. Hadisələr Cəlalın göz müayinəsi səhnəsi ilə başlayır. Onun zədə səbəbindən gözləri zəiflədiyindən, rəngləri seçə bilmir. Cəlal, anası Sara və babası Şamillə yaşayır. Saranın həyat yoldaşı onu tək qoyaraq, Rusiyaya gedib. Rasim adlı biri Şamildən yerində zavod tikmək üçün nar bağını almaq istəyir, amma Şamil yola gəlmir. Yağışın yağdığı bir gecə Şamilin oğlu Qabil, ailəsini və oğlunu özü ilə aparmaq bəhanəsi adı altında evinə qayıdır. Şamillə Qabil arasındaki gərginlik filmin sonuna qədər davam edir. Qabil Saranı Rusiyaya getməyə razı salsa da Cəlal babasını tək qoymaq istəmir. Bir müddət sonra Cəlal da getmək təklifini qəbul edir bundan sonra bağa ehtiyacı olmayacağını düşünən Şamil bağı satır. Bağın satılması ilə Şamil həm uzun illər əziyyətlə yetişdirdiyi ağaclarını, həm də oğlunu itirir. Nar bağı, filmdə həm də ailə içində yaşanılan xoş xatirələrin simvoludur. Səhər isə Qabil, əslində borc içində olduğunu, Rusiyadakı qızının girov götürüldüyünü və kəndə sırf ona görə gəldiyini deyir. Filmdə Habil və Qabil adı Quran, İncil və Tövratda bəhs olunan, ilk qurban və ilk cinayətin hekayəsi olan Hz.Adəmin övladlarına istinaddır. Ayətlərdə gözəl olan qızla evlənmək üçün Habillə Qabil tanrıya qurban verir, lakin tanrı yalnız Habilin qurbanını qəbul edir. Bundan qəzəblənən Qabil isə əkinçi olan qardaşı Habili öldürür. Filmdə isə ziddiyyət Qabillə Habil arasında yox, onlardan birini daha çox sevib qısqanclığa səbəb olan ata – tanrı ilə oğlu arasındadır. Filmboyun Qabil, atası ilə Habili ondan çox sevməsi ilə bağlı dalaşır, sonda isə onun üçün dəyərli olan bağını əlindən alıb gedir. Bağın satılmasından sonra çayxanaya gələn Şamil burdakı insanlar içində tənha qalır, artıq onu xüsusi edən, bu insanlardan ayıran, vaxtı keçirdiyi bağı yoxdur və o da buradakı insanlar kimidir.
Filmin bir çox səhnəsında nar var. Nar motivinin Azərbaycan xalqının yaddaşındakı yeri “Daş olan əjdaha və nara çevrilən qız” rəvayətində özünü göstərir. Rəvayətə əsasən Pir babanın hamıdan gizlətdiyi qızı bir oğlana aşiq olur. Pir baba onları tutanda oğlan əvvəlcə əjdahaya, sonra daşa çevrilir. Sevgisindən ağlayıb-kədərlənən qızı isə həmin daşın yanındakı nar ağacına çevirilir. Bu rəvayətdə nar çevrilişə işarə edir yaxşı/pis, doğru/yanlış fərq etmədən insanın qəlibləşmiş yaşamının dəyişməsidir. Həmçinin filmin motivləri əsasında çəkildiyi “Albalı bağı” pyesində də albalı bağı motivdir. Tamaşanın sonunda bağdakı ağacların kəsilməsi yeni nizamın, köhnə nizamı əvəz edəcəyini simvollaşdırır. Sonda hamının həyatı dəyişsə də ən böyük kədəri Cəlal yaşayır. Qabil, atası kimi olmadığını desə də, bundan qaçsa da sonda iki uşağından biri arasında seçim etmək məcburiyyətində qalır və balaca qızını seçir. Cəlal atasını heç görmədən yaşaya bilirdi, amma atası ilə barışıb hər şeyin yalan olduğunu eşitməsi onun üçün yıxıcı olsa da Ş filmin finalında o öz kədərini kənara qoyaraq, ağlaya-ağlaya gedən anasının arxasınca qaçır. Böyük uşaq və ata arasındakı bu dava Şamillə Qabildən, Qabil və Cəlala keçir. Adəm və Qabildən bu yana atalarla böyük uşaqları arasındakı ziddiyyət mövzusuna incəsənətdə müraciət olunur. Ata, onun ölümündən sonra hər şeyə sahib olacaq oğluna, daim digər uşaqlarından daha məsafəli yanaşır.
Sara həyatı boyunca həyat yoldaşını gözləyib, onun başqa variantının olub-olmaması isə müammadır. Qabili ilk o bağışlayır, ya da özünü, hər şeyın yaxşı olacağına inandırır. Qabili bağışladıqdan sonra isə oğlu onu bağışlasın deyə çalışır, hətta Şamilin belə Qabilə inanarkən Cəlal hələ də tərəddüdlə yanaşır. Cəlal Qabili ancaq qardaşının ölümündə bütün kəndin onu günahlandırdığını deyəndə bağışlayır.
Onun gedişinə özlüyündə haqq qazandırır. Əslində bu Qabil üçün də belədir, o əvvəl qardaşının ölümündə günahkar olmasından sonra, girov götürülən qızını bəhanə edərək həqiqətdən qaçır. Hətta anasının ölümündə günahkar olmasını belə eşitmək istəmir. Rüstəm əvvəldən hər şeydən xəbərdar olmasına baxmayaraq maddi maraqlarını ön plana çəkir və Şamilə sona qədər heç nə demir. Qabili geri qaytarmağa çalışsa da Qabil artıq atasının və oğlu Cəlalın onu bağışlamayacağını dərk edir. Kənddə qaldığı müddət ərzində Cəlal ilə tək xatirəsi balıq tutması olur. Gözünün biri zəif olmasına baxmayaraq, onu həkimə aparmaq təklifi etmir. Saraya verdiyi “Cəlal damdan yıxılanda sən harada idin?” sualının isə öz tərəfindən cavabı yoxdur. Tarixin yenidən nar bağında təkrarlandığı bu filmdə Cəlal atası tərəfindən ilk dəfə xəyanətə uğrayır. Indiyə kimi onu görməyib tanımadığı üçün asan olsa da artıq ona la inami yarı yolda qaldı. Rusiyaya gedən “ata” və həyatı boyunca rənglərə həsrət qalacaq olan uşaq. Rəng korluğu atasının gedişinin onu tez böyütməsinə fərqli bir yanaşmadır. Uşaqlıq rəngarəng və qayğısızdır, amma Cəlal üçün həyat tam fərqli qurulur. Artıq əllərində gəlir mənbəyi də olan bağ yoxdur. Atası onları atıb getdi və yaşlı olan babası da bir gün öləcək, bütün bu hadisələr Cəlalı digərlərindən tez böyüdür. O artıq daim mövcud olan atası kimi olmamaq üçün daxili mübarizəsi ilə yaşayacaq. Həmçinin rəngsizlik mövzusu Çexovun “Albalı bağı” əsərində “Nə rəngsiz həyatı var hamınızın” kimi təqdim olunur.
Film, bir ailənin timsalında ailəsini ataraq Rusiyaya gedən kişilərin ailəsinə yadlaşmasından bəhs edir. Eyni zamanda, “ailə üçün” qürbətdə olan zəhmətkeş ata mövzusuna bir də geridə qalanların gözündən baxmaq fürsəti verir. Film bitsə də qəhərmanların gələcəyi tamaşaçını narahat edir. Bəzi səhnələrinin uzunluğu və Sara ilə Qabil arasındaki erotik səhnəyə görə bəzi tamaşaçı kütləsi tərəfindən tənqid edilsə də burada ər-arvad münasibətlərinə toxunur. Onlar illərdir görüşmürlər, bir fərqlə ki, Sara bu cəmiyyətin fədakar qadın qəlibinə uyğun olaraq illər əvvəl Rusiyada evlənmiş ərinin yolunu gözləyir.
Qurban İsmayılov filmdəki Şamil roluna görə 13-cü Aviasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı kişi” kateqoriyasında mükafata və Listopad Beynəxalq Film Festivalında diploma layiq görülmüşdür. Saranın filmdə dialoqları digər qəhrəmanlara nisbətən azdır. Buna baxmayaraq, İlahə Həsənova bu rolu uğurla ifa etmişdir və 5 -ci Antalya Film Festivalında “Ən yaxşı aktrisa” seçilmişdir.
Səkinəxanım Vəliyeva