İNDİ OXUYUR
Nar bağı

Nar bağı

Ailə dramı olan “Nar bağı” filmi (2017, rej. İlqar Nəcəf) Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında çəkilib.  Filmin ssenari müəllifləri İlqar Nəcəf (Teatral həyat, Buta, Suğra və onun oğulları və s.), Asif Rüstəmov (Axınla aşağı, Ev, Günəş şəhəri və s.) və Rolf Yan Minnebodur.

“Nar bağı” filminin dünya premyerası Çexiyanın Karlovy Vary Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində baş tutub. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.

Baş rolun ifaçısı Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. “Nar bağı” filmi Minskdə keçirilən “Listopad” beynəlxalq film festivalında “ən yaxşı ssenari” nominasiyasında mükafata layiq görülüb.

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya