İNDİ OXUYUR
İkinci pərdə

İkinci pərdə

“İKİNCİ PƏRDƏ” – tammetrajlı bədii film (2017)
Rejissor – Emil Quliyev
Ssenari müəllifləri – Emil Quliyev, Pərviz Həsənov
Quruluşçu operator – Dmitri Suvorov
Əsas rollarda – Hikmət Rəhimov, Qorqud Cəfər, Günay Əhməd, Elşən Əsgərov
Prodüser- Orxan Mərdan     

Rejissor Emil Quliyevin “İKİNCİ PƏRDƏ” tammetrajlı bədii filmi “Pərdə” trilogiyasının ikinci hissəsidir. 2017-ci ildə istehsal olunmuş filmin ssenari müəllifləri Emil Quliyev və Pərviz Həsənovdur. “İkinci pərdə”, ümumiyyətlə, “Pərdə” trilogiyası seçdiyi mövzular, üslubu və istifadə etdiyi dili ilə cəmiyyətdə əks-səda yaratmağı bacarmış, geniş müzakirələrə səbəb olmuş filmlərdəndir. Müəllifləri trilogiyanı sosial dram janrına aid etsələr də, bura daxil olan hər üç film daha çox triller janrına yaxındır. 
Kinoyazar.az “Mükafat” rubrikasında “İkinci pərdə” filminin ədəbi ssenarisini təqdim edir.    

 “İKİNCİ PƏRDƏ ”

   Tammetrajlı bədii filmin ssenarisi

(Dialoqlarda qrammatik və orfoqrafik səhvlərə bilərəkdən yol verilmişdir.  Dialoqlardakı “…”-lər pauza deməkdir.)

  1. EXT. KAFENİN QABAĞI – GECƏ

Bakı kəndlərinin birində məhəllədə yerləşən kafenin qabağında İbiş (25-30 yaş) bir nöqtəyə baxaraq siqaret yandırır.

  • İNT. QIZIN EVİ YATAQ OTAĞI – GÜN

Orta imkanlı bir evin yataq otağından cinsi əlaqə səsləri eşidilir. Kadrda qadın, kişi paltarları və digər yataq otağı atributları var. Arif (23-25 yaş) həmyaşıdı olan qızla sevişir. Onlar bir qədər sevişdikdən sonra Arifə zəng gəlir. Qızı bir kənara atan Arif telefona cavab verir.

ARİF

          (təngnəfəs)

Hə, mama, nədi? Hə…? Eeeee… yenə? Heç nə…

Məşqdəyəm. Hə də, mama…

Məşqdəyəm… Bəsdir, sən də ağlama. Gəlirəm indi. Gəlib indi pox qoyacam ikisinin də ağzına. Yaxşı mama, oldu… Ay qız, bəsdir də ağladun!… Vso, davay! Gəlirəm!

Arif dəstəyi asır və bayaqdan onun üzündəki sızanaqları sıxaraq ona narahatlıq törədən qızı bir kənara ataraq deyir:

ARİF (ardı)

Nə xəbərdir? Sən də öldürmüsən eee, imkan ver də! Görmürsən, telefonla danışıram?!

Deyir və durub vanna otağına doğru gedir. Qız onun ardınca səslənir:

QIZ

Balam, arıqlamısan eee…

ARİF

Sənin əlünnən adamda ət qalar?

QIZ

Dəli balam.

ARİF

Dəli atondı!

                       QIZ

Atamı söymə də, həcidi, axı!

                       ARİF

Heç olmasa, o sözü dilivə gətirmə.

  • İNT. QIZIN VANNA OTAĞI – GÜN

Arif duş qəbul edir. Kadrda buxar basmış vanna otağının qapısı görünür. Qız qapının arxasına yaxınlaşır və divarla sürüşə-sürüşə yerə oturur.

Fonda suyun şırıltısı eşidilir.

QIZ

Balam, yenə gedirsən?

ARİF

Bu gic-gicə “balam” sözünü yığışdır. Min dəfə demişəm sənə!

QIZ

Nə deyim bəs? “Atam” deyim? Yoxsa erkəyim?

ARİF

Heç nə demə… dəsmal ver.

Qız bir qədər fikirləşib davam edir:

QIZ

Balam, bəs mamagilnən nə vaxt gəlirsiz bizə?

ARİF

Ölməsək, sağ qalsaq – sabah.

 QIZ

Mırtdaşma daaa. Ciddi soruşuram!

  • EXT. ARİFİN MAŞINI. YOL. – GÜN

Arif maşınla evə gedir. Yolda ona zəng gəlir. Arif zəngə cavab verməzdən əvvəl şüşələri aşağı endirib salonda külək yaradır, sonra telefona cavab verir.

ARİF

Ay can balam? Can ürəyim.

QIZ

Eeeee, bəsdir də, qurban olum, bu gic-gicə “balam” sözünü demə də mənə! Min dəfə demişəm!

Arif başını pəncərəyə tərəf yaxınlaşdırır ki, külək daha çox gəlsin.

ARİF

Baş üstə, balam.

QIZ

Eeee!

ARİF

Çaşdım, çaşdım! Can! Eşidirəm…

QIZ

Hardasan? Bayaqdan min dəfə zəng eləmişəm sənə, götürmürsən.

ARİF

Ay kişi, qoyma onu ora… Yüz dəfə demişəm sənə…

QIZ

Kimnənsən?

ARİF

Ala, eşəydilər də… görmürsən? Eyni sözü gərək min dəfə təkrar eləyəsən… İşdəyəm, həyatım.

QIZ

Maşın səsi gəlir, axı?!

                       ARİF

İşdəyəm, rayonda, səs-küydü.

                       QIZ

Yaxşı. Nə vaxt qayıdırsan?

ARİF  (kinayəli)

Sabah qayıdıram uje. Sən mənə bax eee! Fırlatma, de görüm, nə vaxt görüşürük? Nə vaxt yaşayacayıq o möhtəşəm gecəmizi?

QIZ

Ağlunda elə odur. Yemə, içmə, ancaq gecə-gündüz otur, onu fikirləş.

ARİF

Onu fikirləşmirəm eee! Prosto dedim də. Ağlıma gəldi, dedim.

Pauza.

QIZ

Darıxmışam eee…

ARİF

Mən də, balam. Sabah gəlirəm şəhərə. Görüşək?

QIZ

Yenə balam?

                       ARİF

Yaxşı-yaxşı.

                       QIZ

Sabah Tahir evdədir, biri gün ancaq. O da ki gündüz.

ARİF

Bəs gecə?

QIZ

Yenə başladun?

ARİF

Yaxşı…

Bir qədər süküt…

     QIZ

(erotik səslə)

Bilmirsən guya, mən də istəyirəm?

       ARİF

(gülür)

Sabahdan nə vaxt desən, qulluğundayam.

QIZ   

Yaxşı, davay. Gəldi, sağ ol…

Deyir və dəstəyi tələsik asır. Arif telefonu bir kənara ataraq yoluna davam edir.

  • İNT. ARİFİN EVİNİN MƏTBƏXİ – GÜN

Orta səviyyəli bir evin mətbəxində Arifin anası (50-55 yaş) və bacısı (18-20 yaş) oturublar. Ana telefonla danışır.

ANA

Az, heçnə! Başıma daş düşdü yenə! Yenə qayıtdı-gəldi üstümüzə… Demə eee… Vallah… Biabır olacayıq qonşuların qabağında… Qulaq as ee! Sizdə yuxarıda qonşu varıydı eee, kitabaçan… Az, hə də! Ay sağ ol… Hə də, hə! hmmmm… Şəlalənin bəxtini açan. Bir gün vaxt elə…. Demə-demə… Vallah, bezmişəm uje. Bir gün, deyirəm, vaxt elə, təcili gedək onun yanına… Yoxsa balam bədbəxt olacaq. Bu qızın dərdi məni öldürəcək.

Bu zaman bayaqdan vanna otağında əl-üzünü yuyan Arif otağa daxil olur. Anası onu görüb söhbəti dəyişir.

                       ANA

Az hə də, hə… hmmmm… Deyirəm, gedim, Arifə yemək verim, uşaq acdı. Sonra danışarıq. Oldu… Az, hə də, hə!

Təcili dəstəyi asır. Arif mətbəxdəki soyuducunu açır və oradan su götürüb içir. Anası bir qədər gözləyib Arifə müraciət edir.

                       ANA

Bir gün bu qız onun əlində qalacaq. Baxarsan!

Arif bu sözləri eşidərək boş stulların birini özünə tərəf çevirib oturur və üzünü anasına tutub deyir.

                         ARİF

Mama, niyə ərə verirdün? Hə? Niyə? Sən döürdün özüvü öldürən ki, yaxşı oğlandı, gözümüzün qabağında böyüyüb? “Oğlum olsun” deyən sən döürdün? Nə oldu indi? “Nişanı qayıtmış qızdı” deyə-deyə, “adına söz gələr” deyə-deyə tez-bazar soxuşdurdun onu! Bilmirdün ki, axırı belə olacaq?

 ANA

Mən nə biləydim ki, bu belə adamdı? Səhərə kimi kafedə olur, qız da qorxur evdə…

 ARİF

Qələt eləyir. Mən danışaram onnan.

BACI (burunaltı)

Yox, mən boşanacam!

ARİF

(qəflətən)

Nə?

BACI

Boşanacam.

ARİF

Sən qələt eləyirsən boşanarsan, pox yeyirsən böyügüvün ağzıynan!

ANA

Ayıbdır, qonşular eşidir.

ARİF

(anasına, sonra da bacısına)

Dayan bir dəqiqə! Bildün az?

                       BACI

Bu günə qədər demişəm, eləməmişəm, ona görə ayağun yer alıb.

ANA

Heç olmasa, get, o biri otaqda söy.

ARİF

Dayan da, mama.

(deyib üzünü bacısına çevirir, bir qədər susaraq ona baxır)

BACI

Özümü öldürəcəm!

ARİF

Paaaa… Cəhənnəmə öldür, qara-gora öldür! Öldürəcəm, yox bir… Sən özüvü öldürən zibilsən?

BACI (artistlik edir)

Eeee, mama, denən də buna…

Öldürəcəm, üstündə qalacaq.

ARİF

Qələt eləmə, az! Hər dəfə məliyə-məliyə gəlirsən üstümüzə ki, boşanacam, öldürəcəm, yola gedmirik, məni başa düşmür. Səni mən 25 ildir başa düşə bilməmişəm, o bədbəxtin balası iki ilə səni necə başa düşsün?! Kimə lazımsan sən boşanmış? Quyruğlu kimə lazımsan? Kimdi səni uşağnan alan?…………….. Doğurdan eee… uşaq hanı?

BACI

Yatıb evdə.

ARİF

Uşağı evdə qoyub gəlmisən?

              BACI

           (cırnayaraq)

Yatmışdı da…

Neynəməliydim? Durğuzmalıydım?

ARİF

Kül sənin ana başıva! Gələ! Budu da böyütdüyün!

Arıf ayağa qalxır və bacısının qolundan dartaraq dəhlizə doğru sürükləyir. Anası durub tələsik qonşu otağa keçir.

     ARİF (ardı)

Davay, az, dur, şələ-küləvi yığ, düş qabağıma!

BACI

Eee, yaxşı da… Mama, denən də buna. Getmiyim də.

ARİF

Dəlisən? Uşaq durub qorxar! Gic qızı gic! Dur ayağa, düş qabağıma!

Ana otaqdan tələsik qayıdır və qızının ovcuna nə isə qoyur. Arif bunu görüb reaksiya verir.

         ARİF (ardı)

  Mama, nədi o?

Ana bir anlıq özünü itirir.

ANA

Heç, elə-belə.

Arif bacısının ovcunu zorla açır, orada olan duanı görüb deyir.

ARİF

Mama, yenə?

ANA

Bala, Allahın verdiyi duadır da. Quran kəlməsidir. Qoy uşağı qorusun.

ARİF

Uşağını evdə qoyub gələn ananı dua necə qorusun? Mənim sizə sözüm yoxdur ətağa!

ANA

Neyniyim, a bala, ürəyim dözmür axı. Mehribançılıq duasıdır.

ARİF

Yaman da kömək eləyir, axı.

ANA

Qələt eləmə, günahdır.

ARİF

Nə dəxli var ki?…

Deyib bacısının qolundan tutub evdən çıxan zaman dönüb anasına qayıdır.

ARİF (ardı) (kinayəli)

Dua! Yox bir!

ANA

Ay bala, elə demə. Özün də maşın sürürsən, günahdır.

  • İNT. KAFE – GÜN

Üç tərəfi şüşə olan, 80-cı illərin kafesinə oxşayan kafenin içi boşdur. Oturacaqlar masaların üzərinə çevrilmiş vəziyyətdədir. Yalnız bir masada 25-30 yaşlarında arıq, sısqa oğlan – İbiş və onunla üzbəüz 25-30 yaşlarında iki nəfər “zır bakılı razborşiklər” oturublar. Masada çay süfrəsi var. İbiş asta tonla danışır, o biriləri çay içə-içə susub ona qulaq asırlar.

İBİŞ

Hə, bax belə, uşaqlar. İncimiyün eee, mən də nökər adamam. “İbiş apar, İbiş gətir”ə yaşıyıram. Arifin də ipinin üstünə odun yığmaq olmur. Bu obyekti də ağlınabuyruq işlədir. Allaha and olsun ki, bu boyda camaat mənim əlimə baxır, mən də Arifin. O da ki, bizi dilənçi gününə salıb. Nə bilim e! Vallah hər yerə borcumuz var. O gün də povor durub gedib, gücnən qaytarmışam dala.

Bu zaman İbiş və digərləri pəncərədən kafenin sağ tərəfi ilə Arifin gəldiyini görürlər. Arif zala daxil olub sağ tərəfə ötəri nəzər yetirərək mətbəxə tərəf gedə-gedə qışqırır.

ARİF

Ala, İbiş, dur gəl bura bir dəqiqə!

İbiş durmağa cəhd edir, lakin masada oturanlar ona işarə edirlər ki, sakitcə yerində otursun. Arif İbişin gəlmədiyini görüb yenidən səslənir,

ARİF

Ala, eşitmədün? Bura gəl deyirəm sənə!

İBİŞ

Şef, bir dəyqə yaxınlaşardun da, yanuva gələn var.

Arif onların oturduqları masaya yaxınlaşır və salamlaşaraq əyləşir.

ARİF

Salam. Eşidirəm, nə məsələdi?

BAKILI

İbiş, atam, bidənə çay götür bizimçün.

İBİŞ

Baş üstə.

İbiş tələsik mətbəxə gedir.

                                                BAKILI 1

                                                (asta tonla)

Arifsən də, hə? Elə dour? Əgər Arif sən döürsənsə, üzr istəyək, çıxıb gedək.

                       ARİF

Bəli, mənəm!

                       BAKILI 1

Bəlün şirin, atam. Bizi ağsaqqal gönderib.

                       ARİF

Nə ağsaqqal?

                       BAKILI 1

Atam, olmadı da, indi diyəcəm, bax biliceysən. Biz bir qapıya iki dəfə gəlmirüy. Qapuva xeyir işə gələk. Vaxtında puluvu versəydün, elə gəlişimiz xeyirə olardı.

                       ARİF

                       (təəcüblə)

Nə pulu?

                       BAKILI 2

Ala, durub indi bir iki qapaz qoyacam, başa düşəcey!

          BAKILI 1

(yanındakına)

Ala, dayan da bir dəyqə! Görmürsən, ponyatkalı oğlandı? Özü başa düşcey.

(Arifə)

Ağsaqqal didi səni ki ya, ala, getmə, axıreycan oynama. Dirəşdün? Getdün dibineycən? Ay sağ ol… İndi düş tasa. Qumar borcu namus borcu deee, qaqaş. Düzdi eee, bizim heç kimin evində, ailəsində, maşınında gözümüz yoxdur. Biz elə halal pulumuzun dalıycan gəlmişüy.

                       ARİF

Hə, bildim. Ağsaqqala mənim də böyük hörmətim var. Problemlər-zad mənim başımı yaman aparıb. Mənə bir-iki gün vaxt verün, həll eliyəcəm.

                       BAKILI 1

Yox, uje sənün söbətüvün qırxı çıxdı. Borcuvun üçü çıxdı, dinmədüy, yeddisi çıxdı, dinmədüy, qırxını, heç olmasa, sən ver də.

                       BAKILI 2

Ala, qırx gündü, qırx gündü fırladırsan bizi balacova!

Onlardan biri Arifin qabağındakı maşın açarını götürüb deyir.

BAKILI 1

Nə sürüsən, atam?

                       ARİF

Dördgöz.

                       BAKILI 1

Buna bax, ala, mən 07 sürürəm, bu

dördgöz. Bu qalır bizdə, bir saat vaxtun var. Ağsaqqal bizə demişdi ki, gedün, nəyi var alun əlinnən. Mən baxıram ki, ponyatkalı oğlansan, ayıb olar. Sabah-biri gün üz-üzə gələrüy. Atam, sənnən götürürəm açarı, bir saatda vaxt verirəm. Ağsaqqala diyərəm ki, 2300 məndədi. Pulu gətürdün, xub, qəmünkəm. Gətirmədün, sataram maşını, ağsaqqalın pulunu verərüy, qalanı da sənün. Bizə haram lazım döür.

                       ARİF

Mən üç aydı pulu tapa bilmirəm, bir saata hardan tapım?

                       BAKILI 1

Atam, olmadı da, olmadı. Niujeli sənün bu boyda vidləkərün var, bidənə dost-aşnon yoxdu ki ya, yığasan ki, mənim 2300 yüküm var? Olmadı ki…

ARİF

Qardaş, mənim işim, axı, oynandı.

          BAKILI 1

Sənün işün oynandı, bizim də işimiz səynəndi. Dur gedək.

Onlar masadan durub qapıya tərəf gedirlər.

                       BAKILI 2

Dua elə ki, dollarnan satey.

Arif bir qədər oturub fikirləşir və qışqıraraq İbişi çağırır.

  • İNT. KAFE. GÜN

İbiş tələsik ona yaxınlaşır.

                       ARİF

İbiş, bura gəl!

İBİŞ

Hə, şef?

Arif İbişin sözünü kəsib, cəld hərəkətlə onun yaxasından tutaraq pəncərəyə dirəyir.

ARİF

(əsəbi)

Ala, belə qudurmusan sən? Hə, paskuda? Həəə, cındır? Ağzun hardan cırılıb, ala, sənin, qoduğ bla? Başun bədənivə ağırlıq eləyir?

İBİŞ

(çaşmış halda)

Noolub eee, brat?

ARİF

Canuva azzar olub! Artistlik eləmə əəəə…

İBİŞ

Nə məsələdi?

ARİF

Bacımı niyə incidirsən, ala?

İBİŞ

Brat, sən öl…

ARİF

Tək görmüsən uşağı?

İBİŞ

Yox, Allah eləməsin…

ARİF

Pislik elədim sənə? Adam elədim, adam arasına çıxartdım səni! Evin bidənə qızını verdim sənə!

İBİŞ

Prosto…

ARİF (İbişi özünə tərəf əyir)

Nə prosto, nə prosto?

Arif İbişin yaxasını buraxır. Onlar bir az sakitləşirlər.

ARİF (ardı)

Ağıllı ol…

İBİŞ

(sakit)

Özün guya bilmirsən, brat?

ARİF

(İbişin Sözünü kəsərək)

Kassada nə qədər pul var?

                       İBİŞ

Dünən 570 manat işlədüy. O da ki…

                       ARİF

Gəti bura.

İbiş kənardan ona baxan ofisiantı (işçisini) görüb deyir.

İBİŞ

(əsəbi)

Ala, paskuda, nə durmusan burda? Get cəhənnəm ol işüvi gör də…

Ofisiant narazı halada mətbəxə yollanır.

                       İBİŞ

Şef, xolodilnik boşdu eee! Uşaqlar…

ARİF

Gəti diyirəm. Pox yiyir uşaqlar da.

İbiş kassaya tərəf gedir. Arif onun ardınca səslənir.

                                                ARİF

Bidənə də çay gətir mənə.

  • İNT. TİMANIN EVİ – GÜN

Evin giriş qapısı mətbəxdədir. Qapı ilə yanbayan divar boyunca pəncərələr, qabağında divara dirənmiş balaca mətbəx masası, masanın sağında və solunda stullar vardır. Masa ilə üzbəüz mətbəx əşyaları (qabqacaq, pilətə, qabyuyan və sair) yerləşir. Timanın yoldaşı Samirə (30-35 yaş) masa arxasında oturub. Tima (30-35 yaş) mətbəxdəki rəflərdə qurdalanaraq nə isə axtarır.

SAMİRƏ

Özüm diyirəm, özüm eşidirəm. Yenə Arif? Bu, hər dəfə Arif sənə zəng eliyir ki, ay Teymur, ay Teymur.

TİMA

Yaxşı da, Samirə. Qaytaracaq da. 

              SAMİRƏ

Verdiylərivi qaytarıb?

                       TİMA

Keçən dəfə qaytardı da. 

                       SAMİRƏ

Qaytarmadı eee! Üzə düşdün, aldun. Mən özümə qıymıram nəsə alım, qəpik-qəpik yığırıq, sən də hamısını tökürsən onun-bunun qabağına.

                       TİMA

Samirə, uzatma da…

Samirə durur və düyü qutusunu götürüb içindəki pulu çıxararaq deyinir.

              SAMİRƏ

              (gülərüz)

Axtarma… Burdadı. Sənin bu ürəyiyumşaqlığın səni yaxşı günə çıxarmayacaq.

Tima Samirəni tutub özünə çəkərək qucaqlayır.

                       SAMİRƏ

Bu ay da qaldı hə İrana getməyimiz? Bəs həkimnən danışmışıq, axı. Birdən qaytarmadı? Necə olacaq?

                       TİMA

Narahat olma. Vaxtında qaytaracaq.

                       SAMİRƏ

Yaxşı, görək də. Axşam smendəsən?

                       TİMA

Əlbəttə.

  • İNT. KAFENİN QABAĞI – GÜN

Arif həmyaşıdı olan Ziya ilə kafenin qabağında dayanaraq danışır.

                                                ZİYA

Qaqaş, sən öl, yoxumdu. Olsa, özün bilirsən ki, qurbandı sənə. Doğurdan, vəziyyət pisdi. Ata canı dollarda da itirdim babat, gör dolları hara gətirib çıxartdılar. 

                       ARİF

Düzələcey. Gəlməyivün özü böyük işdi. Narahat olma. Get, qaqaş, get.

                       ZİYA

Mən getdim, brat.

                       ARİF

Davay, qaqaş. Görüşərik.

Arif Ziya ilə sağollaşaraq qapını açıb kafeyə daxil olmaq istəyəndə kafenin qabağında Timanın maşınının dayandığını görür və əli ilə işarə edərək kafedə onu gözləyəcəyini bildirib kafeyə daxil olur.

  1. İNT. KAFENİN İÇİ – GÜN

Arif kafeyə daxil olur və bir kənarda oturub Timanı gözləyir. Şüşədən Timanın gəlişinə baxır. Tima kafeyə doğru gələrkən Ziya ilə salamlaşıb bir qədər danışır və əlində bükülü kafeyə daxil olur. Arifin yanına gedərək onunla üzbəüz oturur.

TİMA

İbiş, dinən, bizə çay versünlər.

ARİF

Brat, nə xəbər?

Tima Arifin qabağına pul qoyub deyir.

TİMA

Brat, götür bunu. Saymışam, dəqiqdir. Ged, borcuvu qaytar, ayıbdı. Bizə yaraşmaz. Amma səndən qardaş kimi, axırıncı dəfə xahiş eliyirəm ki, brat, ailəvi fikirləş. Gül kimi işün-gücün var. Bəsti, əl çək bu qumardan.

ARİF

Hardan bilirsən, brat?

                       TİMA

Ala, bilirəm də nəsə.

Arif İbişə tərəf dönüb baxır.

                       ARİF

Brat, Allah səndən razı olsun. Kişi kimi söz verirəm ki, bir də oynamıyacam. Kişi kimi! Nə bilim eee, bir zibil idi düşdüm. Prosto sənün borcunnan necə çıxacam, bilmirəm.

TİMA

Ürəyivə alma, boş şeylərdi. Puldu da, verərsən yavaş-yavaş.

                       ARİF

Sağ ol, atam. Çox sağ ol. Qaytaracam, brat.

                       TİMA

Gecə evdə olmusan?

                       ARİF

Yox ee, brat.

                       TİMA

Davay, dur get evə, 100 faiz bacı narahatdı evdə. Get bir üzüvü görsünlər.

                       ARİF

İki gündü, evdə yoxam.

                       TİMA

Davay, dur get, mən burdayam. Çay içib gedəcəm.

                       ARİF

Yaxşı, qaqaş, çox sağ ol bir də.

Arif durub ayaqyoluna gedir. İbiş Arifin getdiyini görüb masaya yaxınlaşaraq Tima ilə üzbəüz əyləşir. 

İBİŞ

Brat, heyifün gəlmir? Bilirsən ki, yenə oynayacaq. Düzələn deyil, axı. Niyə verirsən?

                       TİMA

İbiş, özünnən danış eee… Necəsən?

                       İBİŞ

Sağ ol, yaxşıyam… Axşam neynirsən?

                       TİMA

Smendəyəm, brat. Nə olub ki?

                       İBİŞ

Ad günüm idi. Deyirdim, yüngülvari yığışaq, oturaq uşaqlarnan.

TİMA

Doğurdan? Oooo, brat, təbrik eliyirəm!

                       İBİŞ

Çox sağ ol, brat. Deyirdim, uşaqları yığaq, yüngülvari oturaq, çay qonağlığı məndən.

                       TİMA

Ala, nə çay qonağılığı?! Adam balası kimi oturaq, qeyd eliyək. İlkini, Kamranı, Ziyanı çağırım, oturaq.

                       İBİŞ

Yox ee, brat, ona imkan yoxdu.

                       TİMA

Narahat olma, brat, mənlikdi. Nə xərci var ki! Bir-iki araq qalıb, gətirərəm. 

Bu zaman Arif ayaqyolundan qayıdır. Tima onu tutub deyir.

                                                TİMA

Ala, niyə demirsən ki, uşağın ad günüdü?

                       ARİF

Hə? Nə ad günü?

                       TİMA

İbişin ad günüdü də.

                       ARİF

    (İbişin çiynindən yüngül vuraraq)

Ad günün mübarək!

                       TİMA

Davay, axşam sən də gəl, uşaqları çağıraq, oturaq.

                       ARİF

Yox, brat, mənim işlərim tökülüb qalıb, gələ bilmiyəcəm. Özünüz oturun.

                       TİMA

Gələrsən, heç nə olmaz. İbiş, brat, mən getdim. Axşam, inşallah, yığışarıq. Öpürəm.

Tima Arif və İbişlə sağollaşaraq tələsik kafeni tərk edir. Arif İbişə tərəf dönüb sərt deyir.

                       ARİF

Nə ad günü, ala? Pulun var ad günü qeyd eləməyə?

                       İBİŞ

Yox ee, brat, mən yüngülvari…

                       ARİF

Kimin ayağına yazaq indi bunu? Belə pulun çoxdu, bayaq qaqaşdar gələndə kömək eliyərdün də mənə.

                       İBİŞ

Düz başa düşmədin ee, brat… Tima dedi ki…

Arif onun sözünü ağzında qoyub kafeni tərk edir.

  1. İNT. TİMANIN EVİ – YATAQ OTAĞI – GECƏ

Yataq otağının küncündə Tima güzgü ilə üzbəüz dayanıb şkafın sağ qapısını açır və oradan iş geyimini çıxarır. Tima maykadadır. Qonşu otaqdan qabqacaq səsi gəlir.

TİMA

Samirə, mən heç nə yemiyəcəm aaaaa…

(cavab gəlmir )

Tima köynəyini geyinir və düymələrini bağlaya-bağlaya mətbəxə keçir.

  1. İNT. TİMANIN EVİ – MƏTBƏX – GECƏ

Tima düymələrini bağlaya-bağlaya otağa gəlir. Samirə əlində vedrə ilə vanna otağından çıxır və vedrənin içindəki əskini sıxaraq deyir.

SAMİRƏ

Bayaq İradə xala zəng eləmişdi. Dedi..

TİMA

(onun sözünü kəsir)

Mama demək istiyirdin də, hə?

SAMİRƏ

 (könülsüz)

Hə, yaxşı.

TİMA

Nə diyirdi?

Samirə servantı silə-silə davam edir.

SAMİRƏ

Dedi, yenə damları axıdır. Qonşu çıxıb antenna düzəltməyə, qırı-zadı tapdıyıb. Nə isə də, həmişəki kimi…

TİMA

Bu soxa-soxda dam vaxtıdı? Ee, mama! Yaxşı, səhər işdən gələndə baxaram. Zəng eliyib deyərsən.

SAMİRƏ

Hə bir də dedi ki, kartını götürüb pensiyanı çıxartmaq lazımdı.

TİMA

20-i bazara getmişdüz, çıxartmaduz?

SAMİRƏ

Pul yox idi.

TİMA

Öldürüblər ee! 170 manat pensiya verirlər, onu da gecikdirirlər.

SAMİRƏ

Yoo. Vaxtında vermişdilər. Bankamatda pul yox idi. 

Samirə vedrəni bir kənara qoyub Timaya yaxınlaşır və  onun düymələrini bağlamağa kömək edərək deyir.

SAMİRƏ

Ürəyün sakit oldu? Apardun, tökdün dostuvun qabağına evin axırıncı pullarını?

TİMA

Yenə başdadun sən? Sənin xoşun gəlir də hər dəfə mənim əsəblərimlə oynamağdan? Nədi? Nədən narazısan yenə, ürəyim?

                       SAMİRƏ

Heç nə, elə-belə. Sabah gələndə kinoya baxarıq bir yerdə. Yaxşı film məsləhət görüblər.

                       TİMA

Yaxşı.  

Samirə vedrəyə tərəf gedir. Bir qədər sonra Tima artıq şalvarı əynində geriyə qayıdır. Ayaqqabılarını geyinəndə geriyə çevrilib deyir.

TİMA

Gəl bağla qapını, mən getdim.

Tima qapıdan çıxır. Qapı çırpılır. Samirə kefsiz öz işinə davam edir.

  1. EXT. TİMANIN HƏYƏTİ – GECƏ

Tima həyətə çıxır və həyətin bir küncündə zəncirə bağlanmış iti zəncirdən açaraq həyətə buraxır.

  1. İNT. KAFENİN İÇİ – GECƏ

Masada əyləşənlər Tima və onun dostlarıdır. Onlar İbişin ad gününə Timanın dəvətiylə yığışıblar. Başda İbiş, onun sağ tərəfində Tima, Timanın yanında Ziya, Ziya ilə üzbəüz Kamran, Kamranın yanında İlkin oturublar.

                                                KAMRAN

(Timaya)

Ala… Araya söz qatma, İbişə başımız qarışdı deyə söhbəti fırlatma. O gündən nə söz vermişdün? Sən kişiliyün? Hə?! Nooldu? … Davay, dur, indi gedək hamama.

İLKİN

Ala, qoy oturmuşuq gül kimi. Hamam vaxtıdı?

KAMRAN

Həri, qaqaş, əsl hamam vaxtıdır, durun gedək. Kakraz İbişin ad günüdü.

İLKİN

Ala, saxla görək.

KAMRAN

Durun, sən canı, durun, gedək. Babat venik gəlib hamama, Sadıq zəng vurmuşdu. Durun.

TİMA

Yox ee, qaqaş, bu gün yox. Biz getsöy, İbiş qalacaq burda. Buraları kimə tapşırıb getsin?

KAMRAN

Eee, qaqaş, olmadı ki! Günü-günə satırıq. O gün getmişdüy hamama, Sadığ temperaturu qaldırıb 150-160-a, oğraşdı. Emil də arıq canıynan nə qədər oturur, ala… Özdə arsız, çıxıb lap yuxarı başa.

İLKİN

Bidənə də papağı var, görmüsən?

KAMRAN

Hə… O vaxtın ooo papağları varıydi eee! Kosa fason, onnan.

ZİYA

Davay, uşaqlar, 50-50 ataq, araq soyuyur.

HAMI

Davay-davay.

Kamran qədəhi götürüb ayağa qalxır və tost deyir.

TİMA

İbiş, brat, burda yığışanlar sənin əzizlərindi, dostlarındı. Ən azından, bizi yığmısansa, deməli, bizi özüvə yaxın bilib yığmısan bura. Nə isə… Brat, sənə uzun ömür, cansağlığı! Dostluqdan, qardaşlıqdan əskik olmayasan, ətrafunda həmişə bizim kimi dostlar, qardaşlar olsun! Gün o gün olsun ki, 50 illik yubileyivi qeyd edək! Neçə yaşun olur, brat?

İBİŞ

27.

TİMA

Lap yaxşı, böyük oğlan olasan. 50 illiyündə belə qəşəng oturaq, yeyək-içək.

İBİŞ

Öpürəm, çox sağ ol!

Tima əlindəki qədəhi başına çəkib deyir.

TİMA (ardı)

Yaxşı, uşaqlar. Mən gedim, siz oturun.

İLKİN

Hara gedirsən? Bizi çağırıb hara gedirsən, ala?

                       TİMA

Smendəyəm bu gün, qaqaş.

KAMRAN (zarafatla)

Ala, sən canı, otur, ildə-ayda bir dəfə yığışırıq.

             TİMA

    (gülümsəyərək)

Hər gün görüşmürük?! Uşaqlar, doğurdan getməliyəm. Uşaq həmişə mənim yerimə qalır, üzüm gəlmir hər dəfə xahiş eləməyə.

İLKİN

Yığ bir, kimsə səni əvəz eləsünlər də. Hər gün ad günü olmur. Yığ, sən canı, yığ.

                       ZİYA

Ala, qoy getsün işinə-gücünə. Camaatnan nə işün var?!

TİMA

Yox, doğurdan, getməliyəm. Utanıram xahiş eləməyə, atası da xəstədir. İki saat bundan qabaq getməliydim. İnşallah,sabahda-birigündə yığışaq, hamama gedək. Davay, İbiş, öpürəm. Ad günün də mübarək.

                       İBİŞ

Çox sağ ol, qaqaş.

Tima masadan arxa-arxaya qapıya tərəf gedə-gedə hamı ilə sağollaşaraq deyir.

                                                TİMA

İbiş, dur bir dəqiqə çıxaq bayıra, işim var səynən.

                       İBİŞ

Gedəy, brat.

İbiş Tima ilə birgə kafeni tərk edirlər.

  1. İNT. KAFENİN ÇÖLÜ – GECƏ

İbiş və Tima kafedən çıxaraq Timanın maşınının yanına gedirlər. Tima maşına yaxınlaşıb yük yerini açır və oradan qəzetə bükülmüş tüfəngi çıxarıb İbişə təqdim edir. İbiş deyir.

                       İBİŞ

Bu nədi, brat?

                       TİMA

Brat, bu tüfəngin bir 40 yaşı var, ən azı. İşdə uşaqlar satırdılar, sənin üçün aldım. Bilirəm ki, belə şeylərə həvəsün var.

                       İBİŞ

Brat, utanıram eee, götürə bilmərəm.

                       TİMA

Ala, pul yoxdu, İbiş.

                       İBİŞ

Əyib olar. Mən sənnən pul istədim?

                       TİMA

İstəmədün, amma mən də hədiyyəsiz gedə bilmərəm. Ova gedərik bir gün.

İbiş tüfəngi divara tuşlayaraq deyir.

                       İBİŞ

Mən indi bunu hansı gözümnən atım?

                       TİMA

Davay, İbiş, mən getdim, brat. Bir də ad günün mübarək. Öpürəm.

  1. İNT. KAFENİN İÇİ – GECƏ

İbiş əlindəki qəzetə bükülmüş tüfənglə kafeyə daxil olur. Zalda olan masaların, demək olar ki, çoxunda oturanlar var. Müştərilərin əksəriyyəti kişilərdir. İbiş zal ilə gedərkən masaların birində, sağ tərəfdə, əyləşən “Pərdə” filminin qəhramanları Zaur Şəfiyev, Tural Əhməd, Azər Aydəmirlə salamlaşır və onların yanındakı boş stulda əyləşir.

İBİŞ

Necəsüz, uşaqlar, nə var, nə yox?

TURAL ƏHMƏD (ZAUR) (zarafatla)

Sən soruşannan yaxşı.

İBİŞ

Çay verdilər sizə?

AZƏR AYDƏMİR (FUAD)

Hə, birincini içdik, ikincini gözdüyürük.

İBİŞ

Samir, çayı tələsdir!

ZAUR ŞƏFIYEV (EMIL)

Ordan denən, külqabını dəyişsinlər.

İBİŞ

Ala, külqabını dəyiş, çay da ver uşaqlara!

  1. İNT. KAFENİN MƏTBƏXİ – GECƏ

Mətbəxdə antisanitariyadır. Mətbəxin bir küncündə 30-35 yaşlı, toppuş, aşpaz kişi oturub. Onun əynindəki xalat nə vaxtsa ağ olub. O, damağındakı siqareti tüstülədərək qabağına zibil vedrəsini qoyub kartof təmizləyir. Ofisiant külqabı ilə tələsik mətbəxə daxil olur və külqabını qabyuyanın içinə boşaldan zaman aşpaz dillənir.

AŞPAZ

Ala, podlivka, sənə min dəfə demişəm, ora atıb mındarçılıq yaratma da bla! Hörmətün olsun da! Arvad səhərlər yığışdırır, axı, oranı!

Ofisiant onun dediklərinə məhəl qoymadan öz işinə davam edir. Külqabını yuyan zaman İbiş mətbəxə daxil olur.

İBİŞ

Nə qurdalanırsan eee orda!

Külqabını dəyiş də…

OFİSİANT

Gəldim də, gəldim.

Bayaq müdirivi minirdilər.

AŞPAZ

Sənnən döürəm, ala? Eləmə də, eşşək! Sənə söz kar eləmir?

OFİSİANT

Sən öl, Arif bayaq çumoritdiyirdi İbişi.

Onun dediklərinə fikir veməyən aşpaz sağda yerləşən pilətənin üstündən çayniki götürüb mətbəxdən çıxmaq istəyən ofisianta uzadaraq deyir.

AŞPAZ

Çömçəbaş, bunu da götür.

Ofisiant tələsik çayniki götürüb mətbəxdən çıxır. Aşpaz onun ardınca baxa-baxa başını bulayır və qulağını təmizləyib barmağında qalanı yaxasına sürtür. Bu zaman İbiş tüfənglə birgə mətbəxə daxil olur və tüfəngi mətbəxin bir küncünə qoyur.

                       AŞPAZ

İbiş, ovçu-zad olarsan birdən, xəbərimiz olmaz.

  1. İNT. KAFENİN İÇİ – GECƏ

Ofisiant külqabı və çayniklə zalda gedərək Kamrangilin stoluna yaxınlaşıb külqabını onların masasına qoyur. Sonra çayniklə digər masaya gedir. İbişin ad günü davam etməkdədir. Masa arxasında əyləşən İbişin dostları əvvəlkindən bir qədər dəmdirlər.

KAMRAN

Nəsə də, uşaqlar, uzadmıyaq, qardaşımsan, bunu hamımız bilirüy də, uşaq döürüy ki?!

İLKİN

Brat, biz bura nöş gəlmişüy?

Düz deyir, sən canı, qoy oturmuşuğ sakit beş on dəqiqə. Səə lazımdı?

KAMRAN

Yox da, qaqaş, səhv deyirəm?

İLKİN

Ala, nəsə də… bağla söbəti. Götürün vuraq.

Dostlar qədəhləri qaldırırlar. İbiş də gəlib onlarla birlikdə masa arxasına əyləşir. Ziya stulun belinə söykənib, bir qədər fikrə getmiş kimi əlindəki qədəhi fırladaraq ona baxır.

KAMRAN

Gəlün bunu vuraq öz sağlığımıza, yaxşı dostların, yaxşı oğlanların sağlığına… Timanın yeri məlum.

İLKİN

Düz deyirsən, Timanın yeri məlum…

KAMRAN

Ala, saxla görək, qoy oturmuşuq, sən canı…

ZİYA (dodaqaltı)

Nə oğraş adamsan, ala, sən?…

     KAMRAN           (arsız-arsız hırıldayaraq)

Qaldırın, vuraq, sən canı, yenə başdıyacaq moozələrinə…

Onlar qədəhləri bir-birinə yenidən vurub içirlər. Kamran ağzını büzərək masadan turşu götürüb yeyir.

KAMRAN(ardı)

Sən imam övladısan da, hə, bla? Yıxılaq, ətəyündə namaz qılaq? Bəsdi, ala, artistlik eləmə…

ZİYA

Qatığlama, özün yaxşı bilirsən…

Burda açıb ağartmayaq, qaqaş, yaxşı?

KAMRAN

Lap ağardaq. Noolacaq ki?! Kişi dööürüy?…

ZİYA

Uzatma da… nəsə… Deyirəm, açıb ağartmayaq.

                       İBİŞ

Nolub ee, nə məsələdir?

Bir qədər süküt çökür və Ziya yenidən “partlayır”.

ZİYA (ardı)

(əsəbi)

Hansı kişilikdən danışırsan eee?

KAMRAN

(sərt)

Yaxşı da, vso…

                       İBİŞ

Nə məslədi? Sizə nə oldu birdən birə?

ZİYA

(əsəbi)

Bəlkə yanunda qrexim-zadım var, bilmirəm? Hə? Denən də…

KAMRAN

Ala, nə isə…

ZİYA

Aaa osturaq, özüvü dartma eee bla!

Ziya ayağa qalxır və Kamrana tərəf dartınır. Bu zaman uşaqlar onları sakitləşdirir və əyləşdirirlər.

İLKİN

Uşaqsuz? Bəsdirün, ala, əyibdi…

Camaat baxır…

Kamran ayağa qalxmağa cəhd edir, lakin dəm olduğundan bir qədər səndələyib stulun belindən yapışır.

KAMRAN

(bütün kafeyə ucadan qışqırıb sözünü İbişə və digərlərinə eşitdirərək)

Ala, pox yeyir baxan da! Ağzımı açmıyun bla!

Yanındakılar onu yerinə oturdur.

KAMRAN (ardı)

(sakit)

Kim olub eee… Sizsüz də, nöş çağırmısuz məni?

İLKİN

Ala, yaxşı da, əyibdi…

Burnumuzdan gətirmə də bir tikə

yediyimizi…

KAMRAN

(əvvəli əsəbi, sonrası sakit və şən )

Səf deyirəm, atam? Bilirsüz ki, mənim xoşum gəlmir də o…

(sözünün dalını gətirmir)

Ala, nə isə… Özü bilər. Malına sahib çıxa bilmir, biz də başdamışuğ bir-birimizi didməyə…. İbiş, sən qardaşsan. Öpürəm. Götürün, içək yaxşı qardaşların sağlığına. Bizim kimi kişilərin sağlığına…

Ziya onun sözünü kəsir.

ZİYA

(əsəbi)

Nə kişi-kişi salmısan ee bayaqdan?!… Kimdi ee burda kişi?… Kişi var burda? Aramızda içi mən qarışıq bir dənə kişi yoxdur ki, gedib onun üzünə desin… Oturmuşuq, palaskat eliyirik… Hansı

kişilikdən danışırsan? Qoyasan, ancaq cındır-cındır danışasan burda! Bəlkə düz demirəm? (İlkinə)

İLKİN

(asta tonla)

Qaqaş, sən deyərdün, kişi kimi? Sabah poxu çıxdı, neyniyəcəksən? Vurdu öldürdü… Hə, soraa?

KAMRAN

Ala, belə zor oğlansan, belə canun yanır, get özün denən. Mənə naxuy lazım deyil bu söhbət. Onun-bunun poxunu mən yığmalıyam?

                       İBİŞ

              (İlkinə)

Nə məsələdi e?

                       İLKİN

Ala, heç nə, içiblər, qatığlayırlar.

                       KAMRAN

Kim qatığlıyır, ala?

                       İLKİN

Sən!

                       KAMRAN

Ala, ağzımı açmıyun aaa mənim! Oğraşdı, gül ağzım var. Məni əsəbiləşdirmə!

                       İBİŞ

Kamran qaqaş, nə olub eee?

                        KAMRAN

Ala, heç nə, Timanın arvadı verir.

                       İBİŞ

Başa düşmədim?

                       İLKİN

Nəyi başa düşmədün? Məhlədə söz-söbət gəzir ki, arvadın ayağı sürüşgəndi.

                       İBİŞ

Kimnən gəzir ki?

                       İLKİN

Ala, gəzir də, gəzir.

                       İBİŞ

Kimnən gəzir?

                       İLKİN

Bilmirəm, gəzir!

                       İBİŞ

Uşaqlar, bu sözü burda dedüz, bir də başqa yerdə demiyün.

                       İLKİN

Getsün, arvadına yiyə dursun, sonra gəlsün.

                       KAMRAN

İbiş, qaqaş, od olmıyan yerdən tüstü çıxmır, brat!

İstiyirsən, deyim kimdi? Deyim? 

  1. İNT. KAFENİN İÇİ – GECƏ

Masada əyləşən dostlardan heç kim qalmayıb, yalnız Ziya və İbiş oturublar.

İBİŞ

Brat, sən öl, mən bilmirdim,

oğraşdı…

ZİYA (təəssüf hissi ilə )

Sən öl, hər gün bir yerdəyik eee, brat. Utanıram üzünə baxmağa. Yetim bütün günü eşşəy balası kimi işdiyir, gecə-gündüz paxat eliyir… Soyuqda o budkanın içində oturur.

Onlar bir qədər susub, siqaretdən bir-iki “tüstü vurub” yenidən davam edirlər.

ZİYA (ardı)

Nəyün çatmırdı, ay qancığQ Xoşun gəlmir, sevgi gedib, gəl denən, adam balası kimi ayrılın da! Yazığ, axı, peyser kimi gəzir məhlədə. Kamran kimiləri də otursun orda-burda ağzınıın qatığını dağıtsın. Sən öl, Allah göstərməsin, hamının başına gələ bilər.

İBİŞ

(qulaqlarını

dartaraq)

ççç-ççç… İrağ-irağ…

ZİYA

Yaxşı, bəs sabah biləndə gəlib demiyəcək mənə ki, ay brat, bəs siz, axı, mənim ən yaxın adamlarımsuz, niyə demirdiz?               

          İBİŞ

Brat, bəlkə mən Timaynan danışım? 

                       ZİYA

Yox ee, brat. Çox axmaq söhbətdi. İlkin demişkən vurdu-öldürdü, sora?

  • İNT. İBİŞİN EVİ – GECƏ

İbiş evdə masa arxasında oturub balaca oğlu ilə oynayır. Yoldaşı isə masa arxasında gəzişərək deyinir.

  İBİŞİN ARVADI

Nə gəlmisən evə? Nə var? Səhərə kimi oturardun da o xarabada! Səni görüm, elə başuva uçsun o kafe! Öl də, öl! Sən niyə kişi olursan ki? Camaatın ərləri arvadlarına maşın alır, telefon alır, xaricə aparır gəzməyə, gündə o salon, bu salon, mən də qalmışam sənin kimi cındırın əlində! Daş düşəydi sənə ərə gəldiyim günü başıma! Daş! Özüvə bax, gör kimə oxşayırsan! Adam arasına çıxmağa utanıram səninlə! Özüvə bax, narkomana oxşayırsan!

 İBİŞ

Uşağı evdə niyə qoyub getmisən?                 

                             İBİŞİN ARVADI

Əccəb eləmişəm! Sənnən törüyüb də! Sənün tayun olacaq böyüyəndə! Səndən artıq olmayacaq ki…

                     İBİŞ

Oxşamısan da…

  İBİŞİN ARVADI

İndi belə danışarsan… İndi bizi bəyənmərsən! Qudurmusan da… Kimiydin ee, sən, kimə güvənirsən? Biz səni adam elədüy də! Qardaşım səni adam elədi!

Qız otağı o baş-bu başına gəzir və İbişə yaxınlaşıb onun paltarından dartaraq deyir.

  İBİŞİN ARVADI

Gözdə, papağıvı yerə vurum, sən də bax!

                     İBİŞ

Elə sənin kimilərdir də, boşanmaq üçün ərə gedir ki, sonra gedib paylasın.

           İBİŞİN ARVADI

Dayan, qardaşıma yığacam indi, gəlib o sözə görə ağzıvı cıracaq!

Yoldaşı telefonunu çıxarıb Arifə yığmağa cəhd edir. İbiş ayağa qalxıb evin çıxış qapısına doğru gedib evdən çıxmaq üçün ayaqqabılarını geyinir.

                             İBİŞİN ARVADI

Hara qaçırsan? Ay qorxaq! Ay cındır!

Ay kor!

Bu sözü eşidən İbiş dönüb arvadına sillə vuraraq qapını çırpıb evdən çıxır.

  • EXT. ZAVODUN HƏYƏTİ – GECƏ

Tima zavodun həyətində yerləşən anbarın qabağında maşını arxaya verir. Timanın iş yoldaşları onun yanındadırlar. Əlində sənəd olan işçi Timaya yaxınlaşır. Tima onun əlindəki sənədlərə baxıb imzalayır və yenidən işçiyə qaytarır. İşçi həmin kağızı maşının qabaq şüşəsinə yerləşdirir.

RATSİYA

Adam azdı eee, rəis. Kimi göndərim ora?

TİMA

Ay kişi, deyirəm, arxa qapıya iki nəfər göndər. Denən uşaqlara ki, yenə də bomjlar girsə, məndən inciməsinlər.

                       RATSİYA

Oldu, rəis.

              TİMA

Davay, özün də göz-qulağ ol.

RATSİYANIN SƏSI (şşş) – 39.16 39.10-a cavab ver.

TİMA

  •  qəbulda. – (şşş)

RATSİYA

(şşş)

Rəis, burda fura gəlib Qazaxdan, deyir, Fail müəllimin xəbəri var, buraxaq əraziyə?

TİMA

Yo-yox… Gözdəsinlər, gəlirəm.  – (şşş)

Tima işçinin birilə qırağa keçir.

TİMA (Hikmətə)

Davay, gedün arxa tərəfə. Bunlarda da gözün olsun.

Hikmət tapşırıqlarını alıb anbara doğru gedir.

TİMA

Mən gedirəm otağa. Gətirərsən nakladnoyları.

HİKMƏT

Oldu, rəis!

  • İNT.EXT ZAVODUN HƏYƏT YOLU VƏ KAFE – GECƏ

Tima həyətlə gedib iş otağına daxil olur. Bu zaman ona İbişdən zəng gəlir.

TİMA

Hə, qaqaş?

İBİŞ

Brat, bir dəqiqə çıxa bilərsən çölə?

TİMA

Hara çölə? Zavoddasan?

                       İBİŞ

Yox eee, brat, həyətivizin qabağındayam. Evdə döürsən?

TİMA

Ala, yox e, smendəyəm. Bayaq getdim də, görmədün?

                       İBİŞ

Ala, yaxşı da, məzələnmə də! Sən döördün indi çölə çıxan?

TİMA

Dəlisən, nə çöl! İşdəyəm.

                       İBİŞ

Ala, it qaçdı həyətdən. Tutub onu içəri salan sən deyildin?

                       TİMA

Yox, bəlkə Samirə idi.

İBİŞ

Brat, bir gözüm var deyə bacını sənnən ayıra bilmirəm?

                       TİMA

Ala, başun xarabdı? Mən zavoddayam, butkada.

            İBİŞ

Hə, yaxşı, brat, onda səhv görmüşəm.

                       TİMA

Oldu, qaqaş, öpürəm.

                       İBİŞ

Bağışla, narahat elədim.

                       TİMA

Allah bağışlasın. Davay, qaqaş.

  • İNT. TİMANIN MAŞINI – YOL – GECƏ

Tima sükan arxasında evə tələsir.

  • EXT. TİMANIN EVİNİN QABAĞI . – GECƏ

Tima maşını qapının yanında saxlayır və sakitcə maşından düşür. Həyətdəki it hürməyə başlayır. Tima onu susduraraq hasardan həyətə hoppanır.

  • EXT. TİMANIN HƏYƏTİ. –GECƏ

Tima itin zəncirdə olduğunu görür. İtin qabağında sümüklər var.

(Ev həyətin giriş qapısı ilə üzbəüzdür, evin ön fasadı boyunca pəncərə, pəncərənin önündə veranda, sağ tərəfdə giriş qapısı yerləşir.)

Tima evin əvvəl sağ tərəfində yerləşən pəncərəyə tərəf gedib bir qədər qulaq asır. Səs eşitməyib pəncərədən içəriyə gizlincə boylanır. Daha sonra evin sol tərəfinə

keçib eyni hərəkətləri edir. Yenidən mətbəxin pəncərəsinin qabağına gələndə artıq pəncərədə kişi silueti görür.

  • İNT-EXT. TİMANIN EVİ – GECƏ

Həmin kişi siqaret yandıraraq çəkməyə başlayır. Bir qədər sonra alt paltarında olan Samirə mətbəxə gəlir və onlar qucaqlaşaraq yenidən yataq otağına keçirlər.

  • EXT. TİMANIN HƏYƏTİ – GECƏ

 Pəncərələrin birində Tima otaqdakı sevişməni, nəhayət ki, görür. Gördüklərindən şoka düşən Tima evin divarına söykənir.

  • EXT. TİMANIN EVİNİN QARŞISI – GECƏ

Tima qapının kandarında əllərini möhkəm üzünə sıxıb oturub. Bir qədər fikirləşdikdən sonra özündə güc tapır və ayağa qalxaraq qapının dəstəyindən tutub dayanır. Bir qədər də durduqdan sonra sakitcə qapını açmağa cəhd edir. Lakin qapının bağlı olduğunu görüb evin ətrafında dolaşmağa başlayır.

  • EXT. TİMANIN EVİNİN QARŞISI – GECƏ

Qapının yanına yaxınlaşır və möhkəm qapını döyür. Bir neçə cəhddən sonra pəncərədən Samirə boylanır. Az keçməmiş cəftənin səsi eşidilir. Samirə qapını açır. Bir anda Timayla üzbəüz qalan Samirə bir anlıq özünü itirir.

TİMA (ardı)

Niyə yatmamısan?

SAMİRƏ

Necə girdün darvazadan? Nəsə olub?

TİMA

(gülümsəyərək)

Nə olmalıdı ki? Bayaq demədin ki, işdən gələndə kinoya baxarıq? Qayıtdım ki, kinoya baxaq. Baxaq?

SAMİRƏ

(özünü itirir. Kəkələyərək)

Baxaq da.

  • İNT. TİMANIN EVİ – MƏTBƏX – GECƏ

Tima içəri daxil olur. Ətrafı nəzərdən keçirərək mətbəxdə olan stullardan birinə əyləşir.

TİMA

Nə qəşəng naçnoyun var, az?! Otur görüm yanıma…

SAMİRƏ

Gedim, əynimə bir şey geyinim.

Soyuqdu.

TİMA (Yenə gülümsəyir)

Yox, niyə? Elə belə yaxşıdı… Gül kimi fiquran var. Gəl otur yanımda…

Samirə qorxa-qorxa Timanın yanına oturur. Tima onu qucaqlayır və yanakı ona baxıb ucadan danışmağa başlayır.

TİMA (ardı)

Xəbərün var da, nə danışırlar məhlədə. Yoxsa xəbərün yoxdu?

SAMİRƏ

Yox…

TİMA

Olmaz da. Sən, axı, ev qızısan, evdən bayıra çıxmırsan ki, haqqunda pis şey fikirləşməsinlər… Nə poxun var, elə evdə yeyirsən… Yaxşı… Dur gedək spalnıya… yataq. Dur, film maraqsız oldu.

Tima durur və Samirənin qolundan tutub yataq otağına keçmək üçün dartır. Samirə getmək istəmir və özünü geriyə çəkir.

  • İNT. YATAQ OTAĞININ QARŞISI-GECƏ

Tima yataq otağının qapısının yanında durur.

TİMA (ardı)

Niyə getmirsən?… Noolub?… Yaxşı, gəl oturaq, çay içək. Get, çay dəmlə. Çayı da üç dənə süz, qonağımız var. Çıx, Arif, çıx, qaqaş.

Arxası Timaya olan Samirə bir anlıq donub qalır, əlləri əsə-əsə çayniki dəmə qoyur. Tima geri qayıdıb yerinə oturur.

  • İNT. TİMANIN EVİ – MƏTBƏX – GECƏ

Bu zaman otaqdan Arif çıxır və onu görən Tima deyir.

TİMA (ardı)

Ay arvad, ged, əynüvi geyin. Bu nə vid-fasondu? Camaat nə deyər…

Ya da yox ee, özgəsi deyil ki, evin əziz adamıdı. Gəl, Arif, gəl otur. Utanma, gəl!

Əl işarəsi ilə Arifə onunla üzbəüz olan stulu göstərir. Arif qorxa-qorxa həmin yerə gəlib oturur.

TİMA (ardı)

Nahaq ad gününə gəlmədin, brat. Babat keçdi, amma uşaqlarnan o ki, var deyib -güldük. Piyada gəlmisən. Xeyir ola? Maşınun hanı?

Tima gözlərini Arifdən çəkmir və düz onun gözlərinə baxır. Arif başını aşağı salıb oturub.

TİMA (ardı)

Necədi arvad? Hə? Max verir?

Səncanı, düzün di.

Samirə donub yerində qalıb, ağlayır. Tima Samirənin hıçqırıqlarını eşidib deyir.

TİMA (ardı) (sarkazmla)

Xanım, olar, bizə mane olmayasınız? Görürsüz ki, kişilər söhbət eləyir…

(Arifə)

Bağışda ya, sənə kişi dedim… Sən canı, bu dəqiqə ən böyük arzun nədi? Evdə olmaq, hə? Mən qapını döyəndə neçə saniyəyə geyindün? Həə? Heç əsgərliydə belə tez geyinməmisən, hə? Ürəyün əsirdi? Kişi kimi!

SAMİRƏ

Tima!

TİMA (aqressiv, qışqıraraq)

Sox içivə, qancığ! (Asta tonla, gülərüz, Arifə)

Bağışda ya, sevgilivin üstünə qışqırdım… Xətrüvə dəymədi?

Sıçmışdun şalvara, hə? Bəs, suka, bura gələndə fikirləşmirdün? … Gəlin sizə təzə bir anikdot danışım. Karoçi, ər evdə olmur. Gedir işə. İşdə xəbər tutur ki, arvad evdə tək deyil. Gəlir evə. Başdıyır gic kimi evin ətrafında gəzməyə. O yana gedir, bu yana gedir. Axırda görür ki, ərinin uşaqlıq dostu, can bratı olan biqeyrətin biriynən mazağlaşır. Özüvə götürmə ya. Girir içəri, iksin də öldürür! Ha-ha-ha…

(Samirəyə tərəf dönür)

Yaxşııı… Gəl, otur bura… Gəl, gəl.

Tima sağ tərəfində duran stulu kənara çəkir və stulun oturacağına bir-iki dəfə vuraraq hara oturacağına işarə edir. Samirə qorxa-qorxa gəlib Timanın yanında oturur.

TİMA (ardı) (Samirəyə)

Sən mənə şeyi denən eee! Bayaq pula görə cırırdun özüvü. Elə birdəfəlik Arifdən doğardun da? Tem bolie, pulunu da vermişəm. İranın da bilet puluna gedərdüz bal ayına.

Niyə, Samirə…? Noldu, hə? Nə dəyişdi? Nə baş verdi? … Mən külbaş necə oldu, bu vaxta kimi hiss eləmədim? … Mən də deyirəm, iti kim bağlayır hər səhər.

Ay sortu xarab, ay tumsuz qancığ, nəyün çatmırdı?!

(ucadan qışqıraraq)

CAVAB VER!!!

Samirə qışqırıqdan başını çiyinlərinə sıxır.

TİMA (ardı) (sakit tərzdə)

Atovun evində görmədiyün günləri görmüsən burda. Nə baş verdi ki?

Arif başını qaldırıb deyir.

ARİF (böyük həyəcanla, səsi əsə-əsə, udqunaraq)

Brat, bağışda da…

TİMA

Nə?

ARİF (səsinin tonunu qaldırır)

Bağışda.

TİMA

(kinayə ilə)

Yaxşı.., dur get! Dur. Axırıncı dəfə olsun…

Arif çaşmış vəziyyətdə gah Samirəyə, gah Timaya baxır. Arif ayağa qalxmaq istəyəndə Tima ayağa qalxıb onu möhkəm yumruqlayır. Onlar yerə yıxılırlar. Arif də Timaya müqavimət göstərir. Arif Timanı yumruqla vurur. Tima aldığı zərbədən arxaya gedir, stula ilişib yıxılır. Timanın yıxılmasından istifadə edən Arif qapıya tərəf qaçır. Lakin qapı bağlı olduğundan Arif təşviş içində qapını açmağa çalışır. Yerdən qalxan Tima üzərindəki dubinkanı götürüb Arifə hücum edərək ona dalbadal zərbələr endirir. Samirə bir kənarda durub möhkəm qışqıraraq ağlayır.

  • İNT. TİMANIN EVİ – GECƏ

Tima Samirəylə Arifi evin küncündə yerləşən qaz borusuna bağlayır. Əsəbi halda onların hər ikisinə təpiklər və şillələr yağdırır. Daha sonra Tima bir qədər aralanıb kənardan onlara baxır. Altına stul çəkib onlarla üzbəüz oturur.

TİMA (ardı) (təngnəfəs)

Hə… Davay… Danış… Nə vaxtdandı bir yerdəsiz?… Söz soruşuram, karsan?!

SAMİRƏ (ağlayaraq)

Bu gün birinci dəfədir.

Tima Samirəyə bir şillə vurur.

TİMA

Neçənci dəfədir, deyirəm?

SAMİRƏ (ağlayaraq)

Vallah, birinci dəfədir.

Tima yenə də şillə vurur.

TİMA (qışqıraraq)

Gic yerinə qoymusan məni? Hə? Gic yerinə qoymusan məni? Söz soruşuram sənnən! Cavab ver!

ARİF

İki aydı.

TİMA (təngnəfəs)

Aha… Yaxşı… Deməli, iki aydı ki, mən bu məhlədə peysər kimi gəzirəm? Neçə dəfə olub iki ay ərzində? Hə? Bu gün neçə dəfə olub? Hə??? … Niyə, Arif?

(Arifin yaxasından yapışaraq)

Niyə bu oğraş? Niyə bu biqeyrət?

(Arifə dəlicəsinə)

Niyə mən, Arif? Hə? Qız az idi? Yoxsa hər yerdə quş qoyursan? Yoxsa mən hər dəfə işə gedəndə gəlirsən?

(Samirəyə)

Bundan qabaq kim olub?

(Qışqıraraq)

Cavab ver!!!

 (şillələr vuraraq)

Bəs başun ağrıyırdı mən səni istəyəndə? Ay qəhbə, ay şlyuxa, ay sukanın qızı! Ay südü yanığ! Bla mənim evimdə, mənim kravatımda!

Sən necə tvar adamsan, sən nə qədər cındır…

Deyir və Samirənin yaxasını buraxıb “özünə yer tapmadığından” evin bir küncünə gedir və yenidən qayıdır.

TİMA (ardı) (bir qədər sakit, yalvararaq, ağlayaraq)

Samirə, qurban olum, denən! Niyə belə elədün? Sənə qurban olum, denən… Niyə? Nəyün çatmırdı?

Əgər o vaxtı Arifi istiyirdünsə, elə o vaxt Arifə gedərdün də!

Niyə məni bədbəxt elədün? Cavab ver də, nə olar…

(histerik, ağlayaraq)

Cavab ver!!!

 (sakit)

Bütün günü eşşək balası kimi işdiyirəm səninçün. Gözün orda-burda qalmasun.

Bilirsən, anbarda nə qədər kəsirim var sənə görə? Gedəcəm əlli-ayaqlı bir gün içəri. Burnunnan gəlsün elədiklərim!

Tima bir qədər fikirləşib Arifə yaxınlaşıb deyir.

TİMA

(Arifə)

Yığ arvaduva!

ARİF

Nə?

TİMA

Yığ arvaduva deyirəm sənə.

ARİF

Başa düşmədim!

TİMA

Özüvü gic yerinə qoymusan? Yığ deyirəm, qancığıva gəlsün bura.

ARİF

Yox!

TİMA

Yox? … Mənə hə, sənə yox? …

Ağıllısan sən? Hə Şəlpə bla!

Yaxşı. Noolar…

  • EXT. MƏHƏLLƏ – GECƏ

Tima yarıqaranlıq küçəylə iri addımlarla gedir. Küçədə təkəmseyrək adamlar gözə dəyir. Ətrafdakı qonşuların salam verməsinə fikir vermədən dəli kimi addımlayır. Tima tinlərin birindən burulub irəliləyir. Ətrafda ancaq gecənin sakitliyi və o sakitlikdə tez-tez nəfəs alan Timanın səsi eşidilir.

  • EXT. ARİFİN EVİNİN QARŞISI. GECƏ

O, ətrafdakı evlərdən birinə yaxınlaşıb dayanır. Bir addım atıb geri qayıtmaq istəyir. Lakin dayanır. Yenidən qapıya yaxınlaşıb qapını döyür. Cavab verən olmur. O, qapını bir az da möhkəm döyür. Bir qədər sonra evin işığı yanır. Tima yenə qapını döyür.

Q.SƏS

Kimdi?

TİMA

Mənəm, bacı, Timadı, Arifin dostu.

Cəftənin səsi eşidilir. Qapı astaca aralanır. Qapını açan – Arifin arvadıdır.

ARİFİN ARVADI

Noolub?

Tima bir anlıq yerində donub qalır. Onlar bir qədər baxışırlar. Daha sonra Tima baxışını aşağı salır və biz qızın hamilə olduğunu görürük.

TİMA

Arif evdədi?

ARİFİN ARVADI

Yox, yoxdur.

                       TİMA

Deyərsiz ki, Tima gəlmişdi.

ARİFİN ARVADI Bayaqdan zəng vururam, telefonu cavab vermir.

TİMA

Elə mən də yığıram onu bayaqdan.

ARİFİN ARVADI

Təcili idi nəsə?

                       TİMA

Yox, elə belə.

  • EXT.KAFENİN QARŞISI-GECƏ

Tima yenidən həmin məhəllə ilə təngnəfəs addımlayır.

Bir neçə dalan və tinlərdən sonra kafenin qabağından keçir. Kafenin qarşısından keçərkən qəflətən dayanır, fikirləşib geri qayıdır. Pəncərədən içəri baxan Tima orada İbişi görür. Masaların birində oturan İbişin üzünə əlində tutduğu telefonun işığı düşür və bunu görən Tima pəncərəni döyür və İbişi qapını açmağa vadar edir.

                                                TİMA

İbiş, bir dənə qapını aç.

  • İNT. KAFE – GECƏ

İbiş yarıyuxulu başını qaldırıb qapıya baxır. Qapıda dayananın Tima olduğunu görür.

                        İBİŞ

Gəlirəm, brat!

İbiş qapını açıb Timanı içəriyə buraxır.

İBİŞ

Neynirsən, ala, burda gecənin bu vaxtı? Hardan bildün burdayam?

TİMA

Sizə getmişdim, evdə yoxiydün,

gəldim bura.

                       İBİŞ

Nə məsələdir?

                       TİMA

Tüfəng hanı?

İBİŞ

Tüfəngi bayaq hədiyyə vermədün mənə?

TİMA

Deyirəm, tüfəngi gətir.

İBİŞ

Nəsə olub, brat?

Tima mətbəxə doğru gedir. İbiş onun arxasınca gedir.

İBİŞ (ardı)

Ala, hara gedirsən?

TİMA

Tüfengin yerini denən.

İBİŞ (ardı)

Hədiyyə vermədün bayaq mənə?

TİMA
Tüfəngi aldığım adam deyir ki, atam evdə beynimi xarab eliyir, qaytar da. Aparım, qaytarım poxunu özünə. Gətir gəl onu, mən sənə başqa bir şey hədiyyə eliyərəm.

İbiş bir qədər onun üzünə baxır və mətbəxə girib, tüfəngi götürüb Timaya verir. Tima tüfəngi götürüb kafeni tərk edir.

  • INT. MƏHƏLLƏ – GECƏ

Tima yenidən küçə ilə əlində tüfəng gedir. Kadr dəyişir və biz kadrda məscidi görürük. Tima məscidin qabağından keçən zaman dayanır və məscidə baxır. Bir qədər baxıb yenidən gedir və tinlərin birində Tima yerdə oturaraq ağlayır.

  • EXT. ZİYANİN SEVGİLİSİNİN EVİNİN YANI – GECƏ

Ziya məhəllədəki evlərin birinin yanında dayanıb. Əlində telefonla kiməsə zəng edir. Bir qədər sonra həyətin qapısı açılır və bir gənc qız qapıdan bayıra boylanır. Ziya ona yaxınlaşır.

ZİYANIN SEVGİLİSİ (pıçıltı ilə)

Noolub, ay kişi, gecənin bu vaxtı?!

ZİYA

(pıçıltı ilə)

Necəsən?

ZİYANIN SEVGİLİSİ

(pıçıltı ilə)

Yaxşıyam. Nə xəbərdi, nə olub?

ZİYA

(Ziya bir qədər ucadan)

Heç nə, elə belə.

ZİYANIN SEVGİLİSİ

(pıçıltı ilə)

Sakit ol, atam evdədi. Duracaq indi.

ZİYA (pıçıltı ilə)

Yaxşı, yaxşı da, şüvən qaldırma.

ZİYANIN SEVGİLİSİ

(pıçıltı ilə)

Elə onu soruşmağa gəlmisən? Hal-əhval eləməyə?

ZİYA

Heç nə də, deyirəm, elə-belə gəlmişəm. Səni görməyə. Olmaz?

ZİYANIN SEVGİLİSİ

Gecənin bu vaxtı? Yaza bilmirdün?

Gördün? Davay, sağ ol. Getdim.

ZİYA

Yaxşı, davay. Sabah görüşərik.

Qız qapını sakitcə açıb evə girir. Ziya isə qapıdan aralanıb getmək istəyəndə qız yenidən onu çağırır:

ZİYANIN SEVGİLİSİ

Ziya…

ZİYA

Hə?

ZİYANIN SEVGİLİSİ

Sən canı, niyə gəlmişdün? Nəsə olub?

ZİYA

Yox, heç nə olmayıb. Prosto görmək istəyirdim də səni.

ZİYANIN SEVGİLİSİ

Yalan danışma da, düzünü de.

ZİYA

Sən mənə nə vaxtsa izminat eləmisən?

ZİYANIN SEVGİLİSİ

Ala! Eh, kül başıva. Hə eləmişəm.

Dünən.

ZİYA

Yaxşı da, söz soruşuram.

ZİYANIN SEVGİLİSİ

Başun xarabdı? Gicsən? O nə sualdı?

ZİYA

Yox da, prosto maraqlıdır.

Qız qapını yenidən açır və həyətə girə-girə davam edir.

ZİYANIN SEVGİLİSİ

Sən gijdədün uje. Davay, sabah görüşərik. Mən getdim.

Ziya bir qədər qızın arxasınca qapıya baxır, daha sonra əllərini şalvarının cibinə salır və başını göyə qaldırıb gülümsəyir.

  • İNT. TİMANIN EVİ – MƏTBƏX – GECƏ

Tima əlində tüfəngi tutaraq pəncərənin qabağında durub bayıra baxır. Onun arxası Arif və Samirəyədir. Tima siqaret çəkir.

TİMA

Ala, heç soruşmursan, hara getmişdim, harda idim?

        ARİF

(get-gedə coşur)

Ala, bizə getmişdün? Hə? Bizə gedmişdün? Neynəmisən?!

                       TİMA

Heç nə. Getdim, arvadıva qadın olduğunu hiss elətdirdim.

                       ARİF

Var-yoxuna nəhlət, ona əlün dəyibsə, sən öldün! Oğraşdı, minərəm səni!. Nədi? At da… Duxun çatmır, hə? Tüfəngi götürməynən deyil ee! Ürəy lazımdı gedib 15 il yatmağa. Budu da bla, uje poxdayıq, sən də, mən də. Mən oğraşdığ elədim, arvadunnan yatdım! Məcbur eləməmişəm ki…

Özü istiyib də… Özü girib də qucağıma. Başa düşdün?

(Arif son cümləsini bağıraraq deyir)

Səni yox, məni istiyib… budu da…

Reallıq budu.. İstəsön də, İstəməsön də…. Maluva yiyə dura bilmirsən, mənimkiynən nə işün var, ay peysər?

Tima bir qədər susub deyir.

                       TİMA

Cırma özüvü, mən sən döürəm.

ARİF

Brat, qurban olum, bağışda məni! Pox yedim nəslimin ağzıynan, qələt elədim! Ölməli adamam mən… Qurban olum, bağışda! Nə disön, eliyərəm, brat… Mən pasledni adamam bu həyatda… Yer aralansaydı, girərdim yerə, oğraşdı!

(alnından tutur)

Ayağıvun altında ölüm, bağışla… Özüvü bədbəxt eləmə, qurban olum, burax gedim… İndi hirsli başına iş görmə, brat. Sabah peşiman olacaqsan…

Tima dönüb onlara lap yaxın gəlir. Samirənin əlindən tutub özünə tərəf dartır. Samirə nə baş verdiyini anlamadan əlini geriyə çəkməyə çalışır. Tima isə məcbur silahın tətiyini onun əlinə tutuzdurur.

TİMA

Vur onu…

Samirə Timaya baxır.

SAMİRƏ

Necə yəni?

TİMA

Vur da… Vur onu. İkimiz qalaq…. Mən səni bağışdıyacam… Sən öl, vur, zarafat eləmirəm.

SAMİRƏ (ağlayaraq)

Nolar, eləmə də, qurban olum, burax getsin evə, yazığdı!

TİMA

Yazığun gəlir ona? Bəs mən yazığ döürəm?

SAMİRƏ Eləmə, qurban olum! Sən də yazığsan…

TİMA

Yaxşı.. Özün istədün aaa. Noolar!

Tima Samirənin əlini buraxıb, Arifə yaxınlaşaraq onun əlindən tutur. Silahın tətiyini məcbur Arifin əlinə tutuzdurur.

TİMA (ardı)

Vur, brat.. Vur, sən öl… çıx get evivə-eşiyivə. Get ailövün yanına.

Arif çaşmış halda altdan yuxarı Timaya baxır.

TİMA (ardı)

Vur bu qancığı. Ata canı, buraxacam səni. Hər şeyi də götürəcəm boynuma. Deyəcəm, neçə vaxtdı, şübhələnmişdim, güdürdüm. Gəldim evə, sporraşduğ, vurdum- öldürdüm.

ARİF

Yox ee, brat, sən öl, düzgün çıxmır.

TİMA

Onsuz da öldürəcəm bu qancığı. Nə fərqi var sən vurdun, mən vurdum?! Belə ikivizi də öldürəcəm.

Arif gözünü döyərək Timaya baxır.

TİMA (qəti şəkildə )

Vur..!!!

Arif Samirəyə baxır. Samirə divara söykənmiş vəziyyətdə için-için hıçqırır.

TİMA (ardı)

(Tima var-gücü ilə qışqırır)

Vurrrrrrrrrrrrrr!!! Vur diyirəm sənə, VVVUUURRRR!!!

Arif qəflətən dəlicəsinə tətiyi dalbadal çəkir.

Boş silah şaqqıldayır.

Tətiyi şaqqıldadan Arif başını qaldırıb Timaya baxır.

ARİF (qorxa-qorxa)

Boşdu, axı, brat…

TİMA (istehza ilə)

Gijdəmə… Ola bilməz…

ARİF

Boşdu…

TİMA

Ağıllısan?

Timanın istehzalı üz ifadəsi dəyişərək nifrətə çevrilir və o, dalbadal ona şillə zərbələri endirir. Arif üzünü gizlətməyə çalışır. Sonda Arifin başına qapaz vurub silahı ondan alır və Samirəyə yaxınlaşır.

TİMA (istehza ilə)

Temanı tutdun da? Gördün oynaşıvı? Hə? Bunnan yatırdun? Ay qancığ… Güllə olseydı, indi çezmişdün o dünyaya. Kül başıva, gör kimə dəyişdün məni! Oğraşın balasına…

Samirə divarda söykəndiyi yerdə qalıb. Gözlərindən yaş süzülsə də, ağlamır. Diqqətlə bir nöqtəyə baxır. Tima Arifə yaxınlaşır.

TİMA

Sənə sözüm yoxdu, Allah haqqı. Sənə nə diyim, bilmirəm, sən öl. Sənə qəhbə diyim, qəhbə sənnən qeyrətdi çıxdı. Oğraş diyim, o da döörsən… Nəsə başqa şeysən…

Samirə onun sözünü kəsir.

SAMİRƏ

Onun günahı yoxdur, burax onu getsin.

TİMA

Niyə?

SAMİRƏ

                         Elə ona görə.

TİMA

Nəyə görə?

Tima pəncərəyə tərəf gedib pərdəni aralayıb həyətə baxır.

SAMİRƏ

(Gözlərinin yaşını silir və coşur)

Tüfəngi götürüb nə düşmüsən ə ortalığa? Yaxşı eləmişəm! Əccəb eləmişəm, əlimin içinnən gəlib! Sora? Nə vermisən ki, mənə sənə xəyanət eləməyim? Kimə görə eləməməliydim eee? Ömür boyu tərəfini saxladığın anova görə eləməməliydim? Məcburi abort elətdirdi mənə, nə var, nə var qız idi uşağım! Əccəb eləmişəm, öl indi!

Tima əlini cibinə atıb cibindən siqaret çıxarır və damağına qoyub onu yandırır.

                       SAMİRƏ

Elə bilirsən, mən bilmirəm Günayı sevdiyivi? Niyə onunla evlənmədin? Nə var-nə var, evlənib boşanmışdı, quyruğlu idi deyə duxun çatmırdı anova-atova yox deməyə? Sizin minnətiniz olmalı idi ki, o sizin evinizə uşaqla gələcəkdi! Bəlkə o uşağa görə Allah sizin murdar əməllərinizi bağışlayardı. Tüfəngi götürüb kişi-kişi gəzməklə deyil eee! Ay iki üzlü! Ay iki sifət! Məni almamışdan qabağ gül deyirdin mənə. Pəncərəmin altında günllərnən yatan sən deyildin bəlkə?

Nə dəyişdi? Köhnəldim? Adiləşdim? Lüt gördün, məhəbbət keçdi?…

Bilirsən, mən sənə nə ümidlərlə bağlanmışdım, ay Teymur!

Arif, heç olmasa, arada mənə qadın olduğumu xatırladır. Hiss elətdirdi ki, həyatda mən yenə də kiməsə lazımam. Yoxsa sənin üçün də mən köhnəldim, ay Arif…  –(Samirə Arif tərəfə dönür. Qəflətən Arifin üzünə tüpürür)

Teymur əlində tutduğu axırıncı gülləni silaha yerləşdirib çaxmağı çəkir.

Tima siqaretini sona qədər çəkib qurtarır və pəncərə qırağında olan külqabının içində onu söndürür. Əsirlərinə tərəf dönür və tüfəngi tuşlayır.

  • EXT. TİMANIN HƏYƏTİ – GECƏ

Tima evin kəndarında oturub. Tüfəng onun əlindədir. O, monoton, gözünü bir nöqtəyə zilləmiş vəziyyətdə oturub. Bir qədər sonra həyət darvazasının cırıltısı eşidilir. İt hürməyə başlayır.

  • EXT. TİMANIN HƏYƏTİ-GECƏ

Qapının açan Ziyadır. Ziya qapını açıb Timanı həyətdə görür.

ZİYA

Evdəsən, brat?

Ziya həyətə daxil olur və qapını bağlayıb Timaya doğru gedə-gedə əvvəl iti susdurur və sonra Tima ilə danışır:

ZİYA (ardı)

Brat, məhlədən keçirdim, maşınıvı gördüm qapıda. Nə əcəb evdəsən? Qayıtdun?

Ziya Timaya tam yaxınlaşır. Ziya Timaya çatıb onun yanında oturur. Timanın səssizliyindən narahat olan Ziya davam edir.

ZİYA (ardı)

Nolub, qaqaş, salamatçılqdı?

Tima silahı təmizləməyə davam edərək, ağır-ağır dillənir.

TİMA

Yorulmuşam… Pis yorulmuşam.

ZİYA

Yaxşı olar. Darıxma.

Ətrafda ancaq gecənin sakitliyi və təmizlənən silah lüləsinin səsi eşidilir. Uzun sürən sükutu Ziya pozur:

ZİYA (ardı)

Siqaretün var?

Tima Ziyaya siqaret verir. Ziya siqareti yandırıb, dərin bir qullab vurur.

ZİYA (ardı)

Brat, yaduva düşür köhnə məhləmiz? Oğraşdı, bilmirsən, kim köçüb məhləyə. Gündə biri gəlir, biri gedir. Şantrapa doludu. Mal vuran kim, kley iynəyən kim. Min oyunnan çıxırlar. Kiminki kimə…

Brat, sual verim sənə. Bax, neçə ilin dostuyuq da… Hə? Bilsön ki, yaxın dostuvun arvadı gəzəyəndi, hə? Neyniyərsən? Diyərsən?

Tima başını çevirib Ziyaya baxır və kadr geriyə hərəkət edərək onlardan uzaqlaşır.

  • EXT. KAFENİN QABAĞI – GECƏ

Filmin əvvəlində kafenin qabağında bir nöqtəyə baxaraq siqaret çəkən İbişi xəyaldan Ziyanın səsi ayırır.

                                                ZİYA

Səynənəm ee, brat. Diyərsən?

                                                İBİŞ

Nə bilim, brat, axmaq söhbətdir.

                       ZİYA

Bax, dedün, vurdu öldürdü,

düşdün poxa.

                       İBİŞ

Başın burax ee, brat.

Onsuz da elə poxun içində yaşıyırığ!

Deyib kafeyə daxil olur və qapını örtür.

SON!

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya